07 Iyun 2025 13:30
136
DÜNYA

Çindəki yeni virus qlobal epidemiyaya səbəb ola bilər - XƏBƏRDARLIQ

Çində aşkar edilən yeni növ koronavirusla bağlı xəbərdarlıq edilib.

Adalet.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, fevral ayında Çində aşkarlanan və “HKU5-CoV-2” adlanan yeni virus kiçik mutasiya ilə insanlara yoluxa və yenidən qlobal epidemiyaya səbəb ola bilər.

Məlumata görə, yeni virus milyonlarla insanın ölümünə səbəb olan COVID19-dan daha çox heyvan növünə yoluxma potensialına malikdir və növlərarası sıçrayış riski daha yüksəkdir. Belə ki, “HKU5-CoV-2” həm tənəffüs yollarında, həm də bağırsaqlarda yoluxub çoxala bilir.