Ceyhun Bayramov belçikalı həmkarı ilə müzakirə apardı
Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Adalet.az-a XİN-dən məlumat verilib.
Telefon danışığı zamanı, Yaxın Şərqdə cari təhlükəsizlik vəziyyəti, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlər, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Belçika naziri bununla yanaşı, İran ərazisindən Naxçıvan istiqamətinə dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib. Eyni zamanda, Belçika vətəndaşlarının İrandan təxliyəsinin təmin olunmasına yaradılmış şəraitə görə ölkəmizə təşəkkür bildirilib.
Nazirlər o cümlədən, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.
Tərəflər Azərbaycanla Belçika arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün konstruktiv dialoqun və siyasi məsləhətləşmələr kimi mövcud mexanizmlərin, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əhəmiyyətini vurğulayıblar.
Digər Xəbərlər
01 Aprel 2026 13:53
Paşinyan Moskvaya niyə gedib? – Politoloq açıqladı
01 Aprel 2026 12:59
İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı SƏRƏNCAM
01 Aprel 2026 09:03
Paşinyan Moskvaya yeni qovluqda gedir – Politoloq
31 Mart 2026 21:20
Rusiyanın İrandakı səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ
31 Mart 2026 14:26
“Xalqın İlham Əliyevə olan inamı bu ideoloji xətti yandırıb külə döndərdi...”
31 Mart 2026 14:18
“Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir”
31 Mart 2026 13:51
“Mart soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən təcavüzkar siyasətin tərkib hissəsi idi”
31 Mart 2026 13:45


Bakı -°C

