Bunların satışı qadağandır! - AQTA-dan sahibkarlara xəbərdarlıq
Son illər idman qidaları və bioloji aktiv qida məhsullarına (BAQM) olan marağın əhəmiyyətli dərəcədə artması bu sahədə fəaliyyət göstərən sahibkarların məsuliyyətini daha da artırır.
Adalet.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edərək bildirir ki, bu məhsulların istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar:
- Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilən və qida təhlükəsizliyi tələblərinə cavab verən idman qidaları və BAQM-lar mütləq Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır;
- BAQM-ların emalı və dövriyyəsinə yalnız Agentlik tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir;
- Qeydiyyata alınmayan məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır.
Qeyd edək ki, sahibkarlar satışa çıxardıqları məhsulları mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədlərlə təmin etməli, etiketlənmə qaydalarına ciddi riayət etməli və istehlakçıların yanlış məlumatlandırılmasının qarşısını almalıdırlar.
Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir.
Digər Xəbərlər
21 Aprel 2026 10:13
Peyvənd olunmamış uşaq daim risk altındadır - SN-dən valideynlərə MÜRACİƏT
21 Aprel 2026 10:13
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir
20 Aprel 2026 17:19
Alzheimer xəstəliyinə ümumi baxış: ilkin əlamətlər və müalicə imkanları
20 Aprel 2026 15:00


Bakı -°C

