Bu ölkədə hökumətin xəbərdarlığından sonra xaos yarandı
Böyük Britaniya hökumətinin əhalinimümkünı 72 saatlıq fövqəladə hallara hazırlaşmağa çağırmasından sonra ölkədə konservləşdirilmiş qida, qablaşdırılmış su, fənər və batareyaların satışında kəskin artım qeydə alınıb. Bəzi mağazalarda təcili təchizat vasitələrinin ehtiyatları tamamilə tükənib.
Adalet.az xəbər verir ki, keçən həftə Britaniya hökuməti tərəfindən icrasına başlanılan “Prepare” kampaniyası ev təsərrüfatlarının kəskin hava şəraiti, kiberhücumlar və ya kritik infrastrukturun sıradan çıxması zamanı ən azı 72 saat müstəqil idarə olunmasını hədəfləyir.
Açıqlamadan dərhal sonra xüsusilə elektrik kəsintiləri zamanı zəruri olan məhsullara tələbat kəskin artıb. “Maplin” pərakəndə ticarət şəbəkəsi elandan sonra fənər satışının 4 dəfə, batareya və radioların satışının isə 2 dəfə artdığını bildirib. Əllə sarınaraq işləyən xüsusi təcili radio modellərinin ehtiyatı artıq tamamilə tükənib. Paralel olaraq, mənzillər üçün nəzərdə tutulmuş təhlükəsizlik kameralarının satışında 130 faizlik artım müşahidə edilib. Qida və su ehtiyatına gəlincə, Krallığın böyük supermarket şəbəkələrindən olan “Iceland” həftəsonu konservləşdirilmiş qidaların satışında 40 faizlik artım qeydə alıb, “Ocado” onlayn ərzaq mağazası da analoji tələbat artımını təsdiqləyib.
“Maplin” şirkətinin baş direktoru Olli Marşall vurğulayıb ki, insanlar ilk saatlardan etibarən elektrik kəsintiləri zamanı rabitəni qoruyacaq cihazlara üstünlük veriblər.
Bununla belə, Britaniya Pərakəndə Satış Konsorsiumunun nümayəndəsi Cim Blay bildirib ki, bəzi məhsullarda satış artımı olsa da, ölkənin ərzaq təchizatında hər hansı qıtlıq və ya problem gözlənilmir. Sənaye təmsilçiləri hazırda konserv və quru qidalara olan tələbatın həm də havaların kəskin soyuması ilə bağlı ola biləcəyini qeyd edirlər.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

