Bu hərbçilərə müavinət ödəniləcək
Milli Məclis müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödənilməsi haqqında dəyişikliyi üçüncü oxunuşda qəbul edib.
Adalet.az xəbər verir ki, bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Bundan əlavə, qanuna edilən digər dəyişikliyə görə, diplomatik xidmət orqanı əməkdaşı vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun xidmətinə xitam veriləcək.
Sənədə görə, bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Qanun layihəsində o da vurğulanıb ki, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraiti və s.) ibarət olacaq.
Qüvvədə olan qanuna əsasən isə diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və əlavələrdən ibarət idi.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
Digər Xəbərlər
05 Iyun 2026 17:21
Küveyt Əmiri Prezidentə təbrik ünvanlayıb
05 Iyun 2026 16:10
Prezidentdən 1 milyonluq SƏRƏNCAM
05 Iyun 2026 16:06
Birinci vitse-prezident miniftutbol yığmamızı TƏBRİK ETDİ
05 Iyun 2026 15:43
“Qlobal enerji bazarında Azərbaycanın geosiyasi çəkisi artır”
05 Iyun 2026 15:32
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
05 Iyun 2026 15:18
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib
05 Iyun 2026 12:27
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilir
05 Iyun 2026 12:18


Bakı -°C

