Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar - VİDEO

Bu gün, mayın 13-də Bazeldə “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
Adalet.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar “Run with you” mahnısını ifa edəcəklər.
Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.
Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.
Müsabiqə yerli saatla 23:00-da başlayır.
Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
Digər Xəbərlər

Rusiya Hüseyn Həsənovu axtarışa verdi

Mehin Hümbətovanın geyimi müzakirəyə səbəb oldu

Əməkdar artist: “Xəstə olmuşam, efirə baxa bilmirəm”

Mənim ərimin səhvi mil kimi düppədüzdür - VİDEO

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

Azərbaycan “Avroviziya 2025”in finalına keçə bilmədi - VİDEO + YENİLƏNİB

Sərxan Kərəmoğlu Asif Kərimovdan üzr istədi
