adalet.az header logo
  • Bakı -°C
11 May 2026 09:25
199
İDMAN
A- A+

"Barselona" çempion oldu

İspaniya La Liqasının 35-ci turunda "El Klasiko" baş tutub.

Adalet.az xəbər verir ki, “Barselona” evdə “Real Madrid”i qəbul edib.

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Ferran Torres və Markus Reşford vurublar.

Xallarını 91-ə çatdıran "Barselona" mövsümün bitməsinə 3 tur qalmış çempionluğu təmin edib.

"Real Madrid" isə 77 xalla ikinci pillədə qərarlaşıb.