Balıq ovuna qadağa tətbiq edildi
Xəzər dənizi akvatoriyasında 2026-cı il 1 may tarixindən balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsi məlumat yayıb.
Bildirilib ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.
“Qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir”,-deyə məlumatda bildirilib.
Digər Xəbərlər
30 Aprel 2026 13:56
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNİB
30 Aprel 2026 12:53
Bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
30 Aprel 2026 10:31
Baş Ələt stansiyasında yollar yenilənir – VİDEO
30 Aprel 2026 10:27


Bakı -°C

