Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir - Hikmət Hacıyev
Həyatımız şəhərlərlə bağlıdır. Şəhərlər böyüdükcə əhalinin artımı və iqlim dəyişiklikləri yeni çağırışlar yaradır. Azərbaycanda da iqlim dəyişikliklərinin təsirlərini müşahidə edirik.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) adlı tədbirdə çıxışında bildirib.
"Forumun ilk günündə gözlənilməz yağışla üzləşdik — bu da iqlim dəyişikliyinin real təsirlərini bir daha göstərir. Şəhərlər bu dəyişikliklərə daha çox məruz qalır.
Dünən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu müzakirələr üçün əlverişli bir məkandır. Azərbaycan xalqı şəhərsalma sahəsində qədim ənənələrə malikdir. Qəbələ qədim İpək Yolunun mühüm şəhərlərindən biri olub. Bakı isə mədəni irsin qorunması baxımından mühüm mərkəzdir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri böyük bir missiyadır. Minalarla çirkləndirilmiş ərazilərdə biz yeni tarix yazırıq. Təəssüf ki, XX əsrdə şəhərlər gözlərimizin önündə dağıdılıb, doqquz şəhərimiz məqsədli şəkildə yerlə-yeksan edilib. Ağdam, məsələn, Qafqazın “Xirosiması” adlandırılırdı. Yüz minlərlə insana ev olan bu şəhər tamamilə dağıdılmışdı.
Biz isə bu ərazilərdə vətəndaşlarımız üçün yeni həyat qururuq. Azərbaycan doğrudan da bu Şəhərsalma Forumu üçün ən münasib məkandır. Biz öz təcrübəmizi bölüşməyə və müxtəlif təcrübələri öyrənməyə hazırıq. Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolunu oynayır", - deyə Hikmət Hacıyev bildirib.
Digər Xəbərlər
19 May 2026 19:11
“Azərbaycanın enerji ixrac imkanları daha da genişlənir”
19 May 2026 19:00
Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
19 May 2026 18:40
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan azad edir
19 May 2026 18:15
Kəmaləddin Heydərov belaruslu nazirlə görüşdü - FOTOLAR
19 May 2026 17:57
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib
19 May 2026 17:18
Əli Əsədov Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb
19 May 2026 15:18
Prezident Slovakiya Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
19 May 2026 15:17


Bakı -°C

