BACI, QARDAŞIN DƏYYUS ÇIXDI

Elə şeylər var ki, olduğu kimi yazsam öldürərlər, yazmasam da ürəyim partlayar. Hörmətli oxucu, dəyyus sözünə görə sizlərdən üzr istəyirəm. Hələ bu ifadə daha kobuddur, birtəhər redaktə edib həmin sözü «dəyyus» sözü ilə əvəz elədim.
Deməli, bir kənddən iki xalauşağı – bir qız, bir oğlan gəlirlər şəhərə oxumağa. Oğlan qıza bacı, qız da oğlana qardaş deyir. Bir müddət keçir bacı-qardaş kimi dolanırlar, bir evdə kirayə qalırlar. Günlərin biri «qardaş» «bacısını» zorlayır. Qız yalvarır ki, bu nə işdir edirsən, mən sənə qardaş deyirdim.
Oğlan:
- Bağışla, xala qızı, qardaşın dəyyus çıxdı.
İndi tələsməyin, Fransa, daha doğrusu, Makron deyir ki, Ermənistan bizim bacımızdır. Bir gün gələcək Ermənistanı zorlayıb tək-tənha buraxıb qaçanda
Paşinyan deyəcək:
- Nə oldu, Makron, mənə bacı deyirdin?
Makron:
- Bağışla, Nikol, qardaşın dəyyus çıxdı.
Aqil ABBAS
Digər Xəbərlər

Kiyevə hava hücumu: ölənlər və xəsarət alanlar var

ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq

ABŞ Prezidenti: Hər kəs dərhal Tehranı tərk etməlidir

Ölümcül göbələk xəstəliyi sürətlə yayılır - Orqanları içdən çürüdür

İran ABŞ ilə danışıqları İsrailin zərbələri dayanandan sonra davam etdirəcək

İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini elan edib

SEPAH: İsrailin Xomeynə hücumu nəticəsində 8 əsgər həlak olub
