Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
Adalet.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.
Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.
Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4.
Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94.839) liderdir.
Digər Xəbərlər

“Qarabağ” Çempionlar Liqasında pley-off-a yüksəlsə, bu oyun təxirə salınacaq

Azərbaycan çempionatı bu tarixdə başlayır - Oyun cədvəli

“Neftçi” Ribeyronun transferini açıqladı

"Qarabağ"ın cavab oyununa 14 500 bilet satılıb

“Vest Hem” ötən il qəzaya düşən futbolçu ilə yollarını ayırdı

Portuqaliyalı futbolçu Azərbaycan klubuna keçdi

“Qalatasaray” Davinson Sançeslə yeni müqavilə imzaladı
