Azərbaycanın məşhur turizm bölgəsində DƏHŞƏTLİ MƏNZƏRƏ - VİDEO
Xızı rayonunun Altıağac qəsəbəsində məişət tullantılarının vaxtında daşınmaması sakinləri narahat edir. Yığılıb qalan zibillər ərazidə antisanitar vəziyyət yaradır, həm ekoloji, həm də sağlamlıq baxımından ciddi problemlərə səbəb olur.
Adalet.az xəbər verir ki bu barədə AzTV-nin videomaterialında deyilir.
Sakinlər problemin tezliklə həll olunmasını istəyirlər:
"Hara baxırsan zibil tökülüb. İstəyir çaylara, istəyir yollara. Bizim zibil qablarımız yoxdur. Zibil maşını gəlmir".
"Bu boyda Altıağacda iki dənə zibil qutusu var. Biri məktəbin həyətindədir, bunu da guya uşaq bağçasına qoyublar. Zibillik baş alıb gedir. Körpə uşaqlarımızı buraya gətirib bağçaya qoyuruq. Hər bir xəstəlik tapa bilərlər", - digər bir sakin bildirib.
Bu azmış kimi, qəsəbədən axan çay da çirkləndirilir.
"Buna bir tədbir görmək lazımdır ki, gətirib zibil qutularını qoyaq, vaxtında gəlib aparsınlar. Düzdür, söz verdilər, gətirib qoyacaqlar. Hələ bir səs yoxdur".
Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məişət tullantılarının toplanması və daşınması xidmətlərinin təşkili üçün sakinlərin kollektiv şəkildə müqavilə bağlaması lazımdır.
Digər Xəbərlər
21 Aprel 2026 18:34
Kür və bəzi dağ çaylarında son vəziyyət
21 Aprel 2026 15:13
Qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydası təsdiqləndi
21 Aprel 2026 13:50
Qırmızı Bazar qəsəbəsinə daha 17 ailə KÖÇDÜ
21 Aprel 2026 12:16
Deyirlər ki...
21 Aprel 2026 11:58
Qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alınır - VİDEO
21 Aprel 2026 11:17
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
21 Aprel 2026 11:07
Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır
21 Aprel 2026 10:34


Bakı -°C

