Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət etdi

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "X" hesabında yazılıb.
"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur",-məlumatda qeyd olunub.
Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumları tərəfindən verilən təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub:
"Təhlükə ilə bağlı operativ məlumatların vaxtında alınması üçün mobil telefonlara "Home Front Command", "Red Alert", "Tzofar" kimi tətbiqlərin yüklənməsi vacibdir. Hazırda İsrailin hava məkanı bağlı olduğundan hava nəqliyyatı ilə ölkədən çıxış mümkün deyil. Bununla yanaşı, ölkənin quru sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir. Zəruri hallarda Azərbaycanın İsraildəki Səfirliyi ilə aşağıdakı əlaqə vasitələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: E-mail: [email protected] Telefon: +972 54 539 7788".
Digər Xəbərlər

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

İsrail və İranda ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur - XİN rəsmisi

Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib

İlham Əliyev Fələstinin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır - İlham Əliyev

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ÜNVANLADI

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM EDİB - FOTO
