Azərbaycanda üç vəkil cəzalandırıldı
2026-cı il fevralın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Adalet.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bir vəkilin dövlət qulluğunun xüsusi növünə xidmətə qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılıb. Həmçinin bəzi vəkillərin vəkil kabineti yaratmaları, Vəkil bürolarının fəaliyyət göstərdikləri ünvanların dəyişdirilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Bundan əlavə, iclasda "Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə" Təlimata dəyişiklik edilməsi məsələsinə baxılıb, habelə Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə əlaqədar fəaliyyətlərinin illik statistik hesabatı təhlil olunub. Aparılan müzakirələr və təqdim edilən məlumatlar əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.
Digər Xəbərlər
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06
Şəxs yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra məhkum sayıla bilər - Ali Məhkəmə
02 Mart 2026 12:23
Özünü Qabil Məmmədovun xalası qızı kimi təqdim edən şəxsə cəza istənildi
24 Fevral 2026 09:26


Bakı -°C

