"Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil" - Deputat
"Bakı şəhərində qarşımıza çıxan tikintisi yarımçıq qalmış çoxmərtəbəli binaların işinin tamamlanması üçün sahibkarlara ciddi dəstək verilməsini gözləyirik. Elə sahibkarlar var ki, müflisləşib və kredit dəstəyinə ehtiyacları var. Eləsi də var ki, yeni şəriklərin qoşulması ilə binanın tikilib tamamlanması lazımdır. Bu il ərzində artıq bu problemlər növbəti ilə qalmamalıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, sahibkarların böyük problemləri bəzən məhkəmə ilə bağlı ortaya çıxır:
"Bu nə ilə əlaqəlidir? Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödədikdən sonra banklar yenə də onların əmlakını girovdan çıxarmırlar və müraciət edəndə bildirirlər ki, məhkəməyə müraciət edin. Sahibkar yenidən məhkəməyə müraciət etməli olur. Biz burada dəfələrlə qeyd etmişik ki, Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil və hakimlər müraciət edən vətəndaşların şikayət yükü altında əzilməkdədirlər. Böyük əksəriyyət gün ərzində, xüsusilə inzibati xarakterli müraciətlər üzrə bəlkə də 10-15 məsələyə qədər baxmalı olurlar. Bu da bir işin tamamilə mükəmməl şəkildə oxunub düzgün qiymətləndirilməsinə imkan vermir".
Digər Xəbərlər
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06
Şəxs yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra məhkum sayıla bilər - Ali Məhkəmə
02 Mart 2026 12:23
Özünü Qabil Məmmədovun xalası qızı kimi təqdim edən şəxsə cəza istənildi
24 Fevral 2026 09:26


Bakı -°C

