Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib
Afina şəhərində Azərbaycan Respublikası və Yunanıstan Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib.
Görüş çərçivəsində Azərbaycan və Yunanıstan arasında mövcud olan siyasi dialoqun hazırkı vəziyyəti ətraflı nəzərdən keçirilib, mütəmadi olaraq müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.
Məsləhətləşmələr zamanı həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində, o cümlədən Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində əlaqələrin inkişafına dair perspektivlər müzakirə edilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində təmasların və əməkdaşlığın davam etdirilməsi ilə bağlı məmnunluq ifadə olunub.
Görüş zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
12 May 2026 20:28
Prezident WUF13 ilə bağlı videoçarx PAYLAŞDI
12 May 2026 19:03
İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
12 May 2026 17:47
Rossbax İlham Əliyevə minnətdarlığını bildirib
12 May 2026 15:43
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12 May 2026 12:57
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib - YENİLƏNİB
12 May 2026 12:08
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
12 May 2026 11:57
“Ermənistanda keçiriləcək paradda komik səhnələr istisna deyil...”
12 May 2026 11:55


Bakı -°C

