Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir - VİDEO

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayaraq keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.
Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.
Qeyd edək ki, birgə təlim iyulun 10-dək davam edəcək.
Digər Xəbərlər

Daha bir qazdoldurma məntəqəsinin istismarını dayandırıldı - VİDEO

Azərbaycan diplomatiyası 106 YAŞINDA

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edildi
