Azərbaycan və Özbəkistan FHN-ləri arasında birgə fəaliyyət planı imzalandı - VİDEO
Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan fövqəladə hallar naziri general-mayor Botir Kudratxocayevlə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonağı səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qarşılıqlı etimada söykənən müdrik və uzaqgörən siyasət sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladıb.
Bu çərçivədə, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayan nazir keçirilən görüşün qurumlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bu baxımdan, imzalanacaq birgə fəaliyyət planının qarşılıqı təcrübə mübadiləsinin dərinləşdirilməsi və əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradacağı bildirilib.
Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev səmimi görüşə və qonaqpərvərliyə, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Nazir B.Kudratxocayev strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Özbəkistan münasibətləri çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ölkənin fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydasından danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərbaycan və Özbəkistan Fövqəladə hallar nazirlikləri arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı” imzalanıb. Planı Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev imzalayıblar.
Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olub.
Qeyd edək ki, səfər çərçivəsində Özbəkistan naziri FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.
Digər Xəbərlər
03 Dekabr 2025 19:06
İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib
03 Dekabr 2025 17:39
Prezident bu qanunu təsdiqlədi
02 Dekabr 2025 17:45
XİN-in kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib
02 Dekabr 2025 17:08
XİN-də "Diplomatiya Könüllüləri" qrupu ilə ilkin tanışlıq görüşü keçirilib
02 Dekabr 2025 16:10
"İslam Həmrəyliyi Oyunları İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığa dəstək verir”
02 Dekabr 2025 16:00
2026-cı ilin dövlət büdcəsi ikinci oxunuşda təsdiqləndi
02 Dekabr 2025 12:44
Tənzilə Rüstəmxanlı: “Bəzi məktəblərdə pəncərələr naylon örtüklə əvəz edilib”
02 Dekabr 2025 12:32


Bakı -°C

