Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universitetində artıq bir neçə ildir ki, tələbələr ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatının imtahanlarına cəlb olunurlar. İmtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır.
Bu il universitetin 16 tələbəsi PTE (Pearson Test of English) imtahanlarında müvəffəqiyyət əldə edərək B1 (level 2), B2 (level 3), C1 (level 4) səviyyələrində beynəlxalq dil sertifikatlarına layiq görülüb. Əldə olunan göstəricilər beynəlxalq imtahanların ekvivalentliyi üzrə B1= IELTS 4-5 və ya TOEFL 57-86-ya, B2= IELTS 5-6.5 və ya TOEFL 87-109-a, C1=IELTS 7-8 və ya TOEFL 95-110-a bərabərdir. Tələbələrə sertifikatlarını Xarici dillər kafedrasının müdiri Aygün Qasımova təqdim edib.
İmtahan iştirakçılarından 9 nəfər fərqlənmə sertifikatı, 1 nəfər isə (Məhbubə Mahmudova, filologiya- ingilis dili və ədəbiyyatı, II kurs) isə yüksək fərqlənmə sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, PTE ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Azərbaycan Universiteti 2018-ci ildən ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunub. Universitetin bu sertifikatın imtahanlarını təşkil etmək hüququ var. 2018-2026-cı illər ərzində universitetin 105 tələbəsi PTE sertifikatını əldə edib.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

