AZAL qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmanın nə vaxt yekunlaşacağına aydınlıq gətirdi
Adətən beynəlxalq qanunlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov deyib.
O vurğulayıb ki, bununla bağlı şərt qoyulmur, tövsiyə edilir:
“Çünki burada nəticələr olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin. Məhdudiyyət yoxdur. Qəza hadisələri ilə bağlı təhqiqatlar illərlə davam edə bilər, əgər buna ehtiyac varsa. Məsələn, hansısa bir təhqiqat gedirsə, təyyarənin hansısa bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda onun "açılışını" edib baxırlar. Bu, çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, bir ilə başa çatsın. Məhdudiyyət qoymurlar, çünki yaranmış təhqiqat komissiyası hadisənin səbəbini tam obyektiv, əminlik şəklində tapa bilməyibsə, o məhdudiyyətin təsirindən məcbur olub vaxtın darlığına görə hansısa qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb".
Digər Xəbərlər
25 Dekabr 2025 10:47
Mehriban Əliyeva AZAL təyyarəsi ilə bağlı paylaşım edib
25 Dekabr 2025 10:37
“Euronews” AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc etdi
25 Dekabr 2025 10:25
"Atamı istəyirəm..." - Milli Qəhrəmanın qızı
25 Dekabr 2025 10:05
Prezidentdən AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım
25 Dekabr 2025 10:00
DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq etdi
25 Dekabr 2025 09:35
Prezident: "Balaca Heydərin iki oğlu var" - VİDEO
24 Dekabr 2025 17:52
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
24 Dekabr 2025 17:39


Bakı -°C

