Aqil Abbas Füzulidə müəllimlərlə görüşdü
Millət vəkili Aqil Abbas Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə müəllim kollektivi ilə görüş keçirib.
Adalet.az xəbər verir ki, görüşdə Aqil Abbbas şagirdlərin təlim-tərbiyəsi, təhsili ilə maraqlanıb və məktəbdə gedən təhsil islahatlarından razı qalıb. Millət vəkili məktəbin problemləri ilə maraqlanıb, çox xoşdur ki, müəllimlər heç bir problemlərnin olmadığını vurğulamışlar.
Məktəbin direktoru Həcər Mahmudova bildirib ki, təhsil ocağı fəaliyyətə 100 şagird və 14 nəfərlik müəllim heyəti ilə başlasa da, hazırda burada 650-yə yaxın şagird təhsil alır. Məktəb 960 şagird yerlikdir. Pedaqoji heyətin sayı isə artıq 50-yə çatıb.Həmçinin məktəbdə 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması məqsədilə icma əsaslı iki təhsil qrupu yaradılıb.
Direktorun sözlərinə görə, məktəbdə çalışan pedaqoji heyətin böyük bir hissəsinin füzulili olması işə əlavə stimul verir:
“Məktəbdə çalışan pedaqoji heyətin böyük hissəsi Füzuli şəhər sakinləridir. Bu isə çalışan hər kəs üçün böyük stimul yaradır. İşğaldan azad olunmuş ərazilərdə ilk müəllimlərdən biri kimi fəaliyyət göstərmək həm qürurverici, həm də böyük məsuliyyətdir. Məqsədimiz şagirdlərimizin təlim-tərbiyəsində öz töhfəmizi verməkdir. Gələcəkdə Füzuliyə köçən ailələrdən də məktəbimizdə çalışanların olacağına, həmçinin bu məktəbin məzunlarının ali təhsil alıb, yenidən doğma məktəblərində fəaliyyət göstərəcəklərinə inanırıq”.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

