ANAMA Hadrutda mobil baza yaradacaq

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Xocavənd rayonunun Hadrut qəsəbəsində mobil bazası yaradılacaq.
Adalet.az-ın məlumatına görə, eyni zamanda mövcud bazaların genişləndirilməsi işləri aparılacaq.
Belə ki, ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Agentlik sözügedən işlərin icrasını "Şəmkir Tikinti-18" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, ASC-yə 1,9 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Şəmkir Tikinti-18" 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 64 458 manat olan ASC-nin qanuni təmsilçisi Abdullayev Vaqif Çingiz oğludur.
Digər Xəbərlər

Qəbələdə ortaq türk əlifbasının nüsxəsini təqdim etdi - VİDEO

Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTOLAR

Azərbaycanda helikopter vasitəsilə qızıl axtarılır - VİDEO

DYP piyadalara müraciət etdi

Gəncənin üçüncü dəfə bombalamasından beş il ötür

Prezidentdən fotoqrafa xüsusi diqqət - “Şərait yaradın” - VİDEO

Qəbələdə liderlərin şərəfinə rəsmi nahar verildi - FOTOLAR
