adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2025 10:11
140
GÜNDƏM
A- A+

“Ağdamda ev almaq üstündə dava gedir” - Aqil Abbas

“Kim geri qaytmır, niyə qayıtmır?! Bunlar mənasız söz-söhbətlərdir”.

Adalet.az xəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a deputat Aqil Abbas sosial şəbəkələrdə yayılan “Qarabağlılar Qarabağa qayıtmaq istəmirlər” iddiasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, ona Ağdamda ev versələr, sevindiyindən papağını göyə atar:

“Ailəmlə gedib Ağdamda yaşayaram. Bir qardaşım var, Bakıda olurdu, bir ildən çoxdur, gedib Ağdama yaxın kənddə yaşayır ki, ev veriləndə ora köçsün. Özü də polkovnikdir. Hamı getmək istəyir. Mənə çoxsaylı müraciətlər olunur. Ora getmək istəyənlər çoxdur. Gedəndə də buradakı mənzillərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verirlər. Komitə Dövlət Sosial Müdafiə Fonduna təhvil verir. Məlumatı dəqiqləşdirmədən yaymaq olmaz”.

Müsahibimiz vurğulayıb ki, artıq kəndlər tikilib, ev almaq üstündə dava gedir:

“Şikayət edirlər ki, bizə evi gec verirlər. Ağdamın 3 kəndi hazırdır, ikisində yaşayış var, indi Xıdırlıya da köç başlayıb. Hamı ağac, gül əkir. Sarıcalıya dostum Vidadi Abbasovgilə getmişdim. Ev gördüsü etdik, o evdə çörək kəsdik.Həyətində ağac, gül, tərəvəz əkib. Qarabağda həyat qaynayır”.