Afərin, əsl diplomat belə olar - Sudanlı səfirin arzuları
jpg-1751027770.jpg)
Mətləbə keçməzdən əvvəl qeyd edim ki, bu ilin mart ayından Azərbaycanda dövlət ali təhsil müəssisələri tələbələrinin təqaüdü artırılıb və tələbələrin 54,3 faizi təqaüd alır.
Tələbə təqaüdləri aşağıdakı kimi dəyişir:
Bakalavriat səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
Prezident təqaüdünün məbləği - 275 manat.
Magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
Üstəlik Azərbaycanda 2024-2025 tədris ilində 105 ölkədən 11 minə yaxın tələbə təhsil alır.
Məlumata əsasən, ən çox xarici tələbə Türkiyədən gəlir. Son tədris ilində Türkiyədən olan tələbələrin sayı 3477 nəfər təşkil edib. Digər ölkələr aşağıdakı kimidir:İran - 942 nəfər, Rusiya - 794 nəfər, Hindistan - 305 nəfər, Suriya - 148 nəfər, Sudan - 35 nəfər
Digər ölkələrdən gələn tələbələr arasında da artım müşahidə olunur. Məsələn, Özbəkistandan gələn tələbələrin sayı son üç ildə 20 nəfərdən 38 nəfərə yüksəlib. Eyni zamanda, 2024-2025-ci tədris ilində Gürcüstandan gələn 68, Əfqanıstandan 43, Nigeriyadan 94 nəfər tələbə ölkəmizdə ali təhsil alır.
Xülasə!
Deməli, Sudanın Azərbaycana yeni təyin olunmuş səfiri Eltayeb Elqaylani Mustafa Prezident İlham Əliyevdən sudanlı tələbələr üçün ayrılan təqaüdlərin artırılması xahiş edib. O, bu barədəki xahişini etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.
Səfir sonra da sudanlı tələbələrə Azərbaycan tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq bildirib.
Bax buna deyərəm diplomat, strateq!Öz xalqını düşünən məmur! Afərin, həqiqətən diplomat belə olar!
Xatırladaq ki, hazırda 44 günlük Vətən müharibəsi iştirakçılarına verilən və «veteran pulu» adlanan təqaüdün məbləği 80 manat təşkil edir.
Əntiqə Rəşid
Digər Xəbərlər

DİN sürücü və valideynlərə xəbərdarlıq edib

MÜTDA: Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

Yaponiya buna görə Azərbaycana təşəkkür etdi

Kərim Vəliyev Türkiyədə beynəlxalq təlimi izləyib - YENİLƏNİB
jpg-1751012072.jpg)
Əslində Peskov Molla Nəsrəddindən də zarafatcıldır....

Daxili İşlər Nazirliyi və komitə vətəndaşlara müraciət etdi
jpg-1751008867.jpg)
İşğalı dəstəkləyən arxiyepiskopun həbsi REALLAŞDI
