ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.
Məlumatda deyilir ki, bu gün ABŞ-nin Azərbaycandakı səfirliyinin kollektivi 11 sentyabr 2001-ci il terror hücumları və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad etmək üçün bir araya gəlib.
“Biz birlikdə hücum qurbanlarını və onların ailələrini, ağlasığmaz təhlükənin qarşısına cəsarətlə çıxan ilk müdaxilə edənləri, eləcə də həmin faciəli gündən sonra həyatı həmişəlik dəyişən hər kəsi xatırladıq.
Həmçinin hücumlardan sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsinin Birləşmiş Ştatlarla həmrəylik nümayiş etdirdiyini xatırladıq. ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq.
25 il əvvəl terrorçular Amerikanın həyat tərzini təhdid etmək məqsədilə Birləşmiş Ştatlara hücum etdilər. Qaranlığın içindən Amerika xarakterinin əbədi həqiqəti bütün dünyanın görə biləcəyi şəkildə parladı. Terrorçular məqsədlərinə çata bilmədilər — onlar xalqımızın ruhunu sarsıda bilmədilər”, - məlumatda qeyd olunub.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:26
Türkiyə XİN Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 10:28
”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
15 Sentyabr 2026 09:43
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41
Milli Məclisin sədri Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib
14 Sentyabr 2026 17:35


Bakı -°C

