adalet.az header logo
  • Bakı -°C

ABŞ niyə Venesuelanı təhdid edir? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
416 | 2025-11-03 09:43
A- A+

Ağ Evin maraqları nədir? Regiona ciddi təsir edən narkotrafik, yoxsa Venesuelsnın neft bazarı?

 Amerikan KİV-nin məlumatlarına görə, Vaşinqton Venesuelanın hərbi obyektlərinə, hava və dəniz limanlarına hücum etməyi planlaşdırır. Düzdür, ABŞ prezidenti bu məlumatları təkzib edir, buna baxmayaraq, artıq Karakasda mümkün hücuma qarşı hazırlq gedir.

 Birləşmiş ştatların hərbi dəniz qüvvələrinin Venesuela sahillərinə göndərilməsi ilə bağlı məlumatlar mətbuatda geniş şəkildə işiqlandırılıb. Əməliyyatın rəsmi şüarı "narkoticarətlə mübarizə" və qeyri legitim prezident dayfıüları Nikolas Maduro olsa da, əslində ekspertlər hesab edirlər ki, əsil məsələ Venesuelanın neft bazarını ələ keçirməkdir.

 Ağ Ev administrasiyası rəsmi olaraq bildiri ki, Venesuela sahillərinə hərbi qüvvələrini cəmləşdirməkdə Donald Trampın məqsədi "narkoticarətlə mübarizədir". Lakin, BMT-in məlumatlarına görə, Cənubi Amerika qitəsində Venesuela narkotik tranzitlərində heç də, ilk sırada dayanmır. Əslində Vaşinqtonun diqqəti daha dərində, Maduradan qurtulmaqdır. Çünki Madura rejimi ABŞ-a regiona nəzarət etməyə mane olur və bu da, qonşu dövlətlərdə qıcıq yaradır.

 İkincisi, təsdiq olunub ki, Venesuela dünyada ən böyük, hətta Səudiyyə Ərəbistsnındanda böyük neft yataqlarına malikdir. Madura hakimiyyəti dövründə neft istehsalı aşağı düşsədə, onun strateji qiyməti hələdə  qalmaqdadır. 

  ABŞ-ın hazırda enerji daşıyıcılarını daha çox Kanada və Meksikadan idxal etməsinə bsxmayaraq, Vaşinqton üçün neftin yaxınlığındakı istehsalından da  yararlanmaqla, enerji bazarına nəzarəti ələ almaq, əsas məqsədlərdən sayılır. 

 Bundan başqa, bildirilir ki, Venesuelanın neft ehtiyatları 300 milyard barrelin üstündədir. Bu da ona ən iri neft istehsal edən ölkələrlə rəqabət aparmaq imkanları yaradır. Nəzərə alınsa ki, Venesuela nefti tərkibinə görə, dünya bazarında çox qiymətli neftlərdən sayılır, Çin və Hindistan kimi ölkələrin neftayırma müəssisələrinin maraq dairəsidədir, onda Donald Trampın bu ölkəyə "marağına" aydınlıq gətirmək olar.

 Yoxsa, narkokaratellər-filanlar sadəcə bəhanədən başqa bir şey deyil.  ABŞ-ın araşdırma mərkəzlərinin məlumatlarına görə, Birləşmiş ştatlara gələn narkotik vasitələr əsasən Kolumbiyada, Peruda və Boliviyada yetişdirilir. Oradan da, Mərkəzi Amerika və Karib dənizi vasitəsiylə ABŞ-a gətirilir. Venesuela əraziləri burda yalnız tranzit yollarından biri ola bilər. bilər. Yəni, Venesuelanın tranzit yolu, ABŞ-a keçirilən narkotiklərin həcminə elə də böyük təsir göstərə bilməz.

Görünən odur ki, Vaşinqton Venesurlanın neft resurslarına nəzarəti ələ keçirməyə can atır. Və, bir də, dünyaya sülh gərirmək istəyən Donald Tramp, sərhədləri yaxınlığında kiçik hərbi qələbə ilə, öz qətiyyətini nümayiş etdirmək istəyir...

 Məqalədə "İz.ru" saytının materiallarlndsn istifadə olunub.

TƏQVİM / ARXİV