"300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" - Komitə sədri
"Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Milli Məclisdə 11 qanun qəbul edilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
“Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib”, - omitə sədri qeyd edib.
Digər Xəbərlər
05 Iyun 2026 17:21
Küveyt Əmiri Prezidentə təbrik ünvanlayıb
05 Iyun 2026 16:10
Prezidentdən 1 milyonluq SƏRƏNCAM
05 Iyun 2026 16:06
Birinci vitse-prezident miniftutbol yığmamızı TƏBRİK ETDİ
05 Iyun 2026 15:43
“Qlobal enerji bazarında Azərbaycanın geosiyasi çəkisi artır”
05 Iyun 2026 15:32
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
05 Iyun 2026 15:18
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib
05 Iyun 2026 12:27
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilir
05 Iyun 2026 12:18


Bakı -°C

