2026-cı ildə pensiya kapitalı artırılacaq

"Əmək pensiyaları" haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq".
Adalet.az xəbər verir ki, bu fikirləri iqtisadçı-deputat Vüqar Bayramov bildirib.
O deyib ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.
"Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə Mərkəzi Bank (MB) 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. MB-də bu il Azərbaycanda qiymətlərin 6 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub.
Bu o deməkdir, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmasa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Yəni, bu halda əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir", - deyə V.Bayramov əlavə edib.
Digər Xəbərlər
29 Oktyabr 2025 17:34 İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU
29 Oktyabr 2025 11:07 “Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir”
28 Oktyabr 2025 16:54 Prezident “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub - FOTOLAR
28 Oktyabr 2025 16:19 "Ən yaxşı xəbər yeni istehsal müəssisəsinin yaradılmasıdır"
28 Oktyabr 2025 11:32 “Yüksək vergilər iqtisadi fəallığı azaldır...”
28 Oktyabr 2025 11:19 Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?
27 Oktyabr 2025 08:46 Azərbaycan Rusiyadan Ermənistana tranzitə icazə verdi
25 Oktyabr 2025 11:31 

Bakı -°C 






