“20 Yanvar” tunelində güclü yanğın
Bakı–Sumqayıt yolunun “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən tuneldə yanğın baş verib.
FHN-dən Adalet.az-a verilən məlumata görə, səhər saatlarında 3-cü mikrorayon ərazisində “Mazda” markalı avtomobil tuneldə yanıb.
Yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.


Bakı -°C

