1420 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyunun 17-dən 22-dək 34 tank əleyhinə, 70 piyada əleyhinə mina, 1445 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1420.9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Digər Xəbərlər

Goranboyda istehsal müəssisəsi istifadəyə verildi - FOTOLAR + YENİLƏNİB

Prezident sutəmizləyici qurğunun açılışında iştirak etdi - FOTOLAR + YENİLƏNİB

İlham Əliyev yol tikintisi ilə tanış oldu - FOTO + YENİLƏNİB

Xüsusi karantin rejiminin müddətinin uzadıldı

Onlayn geyim alanlara XƏBƏRDARLIQ - VİDEO

Abşeron çimərliklərində gözlənilən hava şəraiti AÇIQLANDI

Temperatur aşağı düşəcək, leysan yağacaq, dolu düşəcək - PROQNOZ
