adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

HƏR ARŞIN ÖLÇÜ DEYİL

FƏRİDƏ RƏHİMLİ
62305 | 2013-01-26 00:55

Bu gün psixoloqlar iddia edir ki, imkanlıailədən olan uşaqların onlara daha çox ehtiyacı var. Bu iddianı hərə bir cürqəbul edir...

Məşhur ulduz Beyons konsert üçün dünyanınbaşqa ölkələrinə gedərkən qızını evdə tək qoymamaq üçün Nyu-Yorkda onun üçünkirayəsi bir milyon yarım olan mənzil tutub. Qız ata -anasının konsertini otağındancanlı-canlı izləyə biləcək. Bir neçə il əvvəl isə Beyons qızı üçün kristaldaşlarla bəzədilmiş yemək stolu düzəltdirmişdi. Şakiranın isə bir yaşı tamamolan qızına səksən milyon dəyərində üstü on səkkiz brilliant qaşla bəzədilmişBarbi kuklası aldığını da oxudum...

Bunlarınpsixoloqun şərhi ilə nə əlaqəsi olduğunuyəqin ki, təxmin edənlər oldu. Varlı balaları doğulduğu gündən ənzəruri, hətta zəruri olmayan tələbatlarla da təmin olunurlar. Yəni, nəyi isəəldə etmək üçün çalışmır, əziyyət çəkmir, hər şeyə asan yolla nail olurlar.Buna görə də gənc yaşlarından istədikləri, arzuladıqları bir şey qalmır. Oxumaqistəsə, ən yaxşı pedoqoqlar tutulur, xaricidil öyrənmək istəsə, həmin ölkədən mütəxəssis gətirilir, istirahət etməkistəsə, dünyanın ən məşhur guşələri hüzurunda hazır, öyrənmək istədiyi hansısapeşənin, sənətin biliciləri tədris üçün sıraya düzüləcək... geyim, yemək,əyləncə haqda isə deməyə dəyməz. Beləliklə, onun üçün maraqlı, həsrətindəolduğu əlçatmaz heç nə qalmır. Və onun üçün artıq maraqsız olan həyatda təzəbir macəra axtarışına çıxırlar. Bu macəra isə çox vaxt qadağan olinmuş, ziyanlıvərdişlərə meyillənməklə başlayır ki, bu da çox vaxt onları faciəli sonluğaaparır...

Onlarınxəbəri olmur ki, əməklə qazanılanın bəhrəsindən ləzzətli həyatda heç nə yoxdur.Zəhmət çəkilməsə, əldə olunanın heç bir qiyməti olmur. İnsan zəhməti sayəsindəmükəmməlləşir, inkişaf edir (Darvinin təkamül nəzəriyyəsinin bura dəxli yoxdu).Nə qədər imkan, şərait olsa da, tərbiyə üçün düzgün metodlardan istifadə etmək hərbir valideynin məsuliyyətidir. Çünki bu gün etdiyin səhv tərbiyə sabah öz üzünəduracaq. "Mən görmədim, balam görsün. Mənə nəsib olmadı, övladım məhrumolmasın" deyib, onları əslində harın böyütdüyümüzün fərqində olmuruqbəzən.

MilliMəclisdən verilən məlumata görə Azərbaycanda övladlığa götürmə mexanizminingücləndirilməsi müzakirə ediləcək və bununla bağlı Ailə Məcəlləsindədəyişikliklər olacaq. Milli Məclisin Sosial siyasət komitəsinin sədrininaçıqlamasına əsasən: "Kasıb ailələrə uşağı etibar etmək olmaz!"

Maraqlıdı,bir çox maddi imkanlardan məhrum olsa da, "ürəyinin işığını, gözününyağını" balasından əsirgəməyən kasıb onun gələcəkdə layiqli insan olmasıüçün əlindən gələni əsirgəmədiyi halda, nədən ona uşaq verilməsin? Çox şeydənməhrum olan valideynə bu sevincdəmi çox görülməlidi? Axı özü ac qalsa da,balasını təmin etmək üçün dəridən-qabıqdan çıxır kasıb. Varlının, imkanlınınbalalarının məhrum olduğu nemət - valideyn sevgisi kasıblarda daha çox özəksini tapır. İş, biznes, "yuxarı"ların təzyiqindən başı qarışıbbəzən uşaqlarını unudan nə qədər imkanlı ailələr var... Pul çox şeyi həll etsədə, hər şeyi həll etmir. Bircə gecə dayəsinin yox, valideyninin ona nağıloxuyaraq, yaxud heç olmasa başını sığallayaraq yatızdırmasının xiffətini çəkə -çəkə böyüyən o qədər imkanlı ailə uşaqları var ki... Belə böyüyərək laqeyd,bivec olur, gələcəkdə valideyninə qarşı soyuqluğuyla onların etdiklərini təkraredirlər. Bu problemlə böyüdükcə onlarda nə valideynə, nə də doğulub böyüdüyüVətənə qarşı sevgi, təəssübkeşlik hissi inkişaf etmir.

Bu günqanunlarımızda zamana uyğun dəyişikliklər edilməsinə həqiqətən ehtiyac var.Müzakirəsi gözlənilən iki qanun layihəsi haqqında açıqlama diqqətimi çəkdi.Onlardan biri övladlığa uşaq verilməsi ilə bağlıdı. Axı kasıbları övladsevincindən niyə məhrum edək? Qanunu dəyişmək əvəzinə övladlığa uşaq götürənailənin maddi durumu qənaətbəxş deyilsə, bu ailəyə maddi kömək etmək haqdaqərar qəbul edin! O zaman həm siz deyənolar, həm onlar istəyən, həm də bir uşaq sevinclə ona qucaq açan ailəyəqovuşaraq xoşbəxt olar.

Digərlayihəyə görə isə, işsiz gənclərin nikaha girməsində, ailə qurmasında olacaqproblemlər haqdadır. Yəni, gənclərdən heç biri işləmirsə, onların ailəqurmasının qadağan edilməsi gözlənilir. Təbii ki, heç bir gəliri olmayan gəncevlənmək arzusunu bir neçə il yubadır. Amma ailənin onları dolandıra biləcəkbaşqa üzvü varsa, nikahı illərlə gecikdirməyin nə mənası? Bəlkə işsizlikproblemini həll edək? Bu, hər kəsin, o cümlədən də yeni ailə qurmaqistəyənlərin arzusunu gerçəkləşdirər. Bir anlıq təsəvvür edin ki, ailə qurmaqistəyən gəncin iyirmi beş - otuz yaşı var və o, beş - altı il münasib iştapmadı. Onda belə çıxır ki, ölkədə subaylar ordusu meydana gələcək. Bu daəhalinin sayı baxımından statistikada enməyə gətirib çıxaracaq. Və nəhayət, əslo zaman atılmış uşaqların sayı artacaq...

Barəsindədüşünməli əsl məsələlərdən yayınmayaq...

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV