adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Fevral 2016 18:30
221727
MODA
A- A+

Dünyanın mədəni şəhərlərinin şalvarsız etirazı

Mədəniyyətin axırı vəhşilikdir deyən dahi nə qədər də haqlıymış. Dünyanın öndər xalqları ədəbiyyatı, mədəniyyəti, dəbi formalaşdırdı, inqilab etdi, sıçrayışdan, çevrilişə nə yollar keçdi və sonda yenidən mağaraya qayıtdı. Yenə ilkər, ibtidai halındakı kimi çılpaq gəzməyə (ən yaxşı halda yarımçılpaq), hər kəsin gözü önündə cütləşməyə və bunun üçün cins fərqi qoymamağa, qarnı üçün hər üsula əl atmağa başladı. Amma ilkər insandan fərqli olaraq bu günün insanı böyük mədəni prosesdən sonra buna qayıdır, üstəlik bunu da novatorluq adlandırır. Budur, dünyanın ən iri, mədəni şəhərlərində insanlar öz evindəki kimi gəzməyə başlayıblar - yəni şalvarsız. Dünyanın 9 böyük şəhərində hər il keçirilən "şalvarsız metro günü" aksiyası bu il də ürəkbulandırıcı görüntülərlə qarşılanıb. Aksiya Nyu-York, Paris, Berlin kimi böyük şəhərlərin metrolarında baş tutub.




Məqsəd şəhərlərdəki monoton və sıxıcı həyata etiraz etməkdir. Aksiyanın forması isə metroya minən hər sərnişini şalvarını çıxararaq səyahət etməyə razı salmaqdır. 



Qeyd edək ki, ilk dəfə 2002-ci ildə 7 nəfərin iştirakı ilə, sadəcə əyləncə məqsədi ilə başladılan aksiya illər içində böyüyərək minlərlə insanı özünə cəlb edə bilib. Başqa sözlə, minlərlə insan şalvarını soyunmağa hazırmış. Sadəcə məqam axtarırmış ki, əcdadlarını yada salsın...