Dollarlara dolanan saç çəngəli və başmaqlar
Tanınmış insanlara
məxsus əşyaları inanılmaz məbləğlə əldə etmək cəhdləri artıq təəccüblü
görünmür, amma bəzən elə əşyalara fanatlar pul xərcləyirlər ki, ağlı başında
olanların təəssüflənməməsi mümkün olmur. Deyək ki, hansısa aktyorun eynəyi,
saatına və ya tarixi şəxsiyyətin üzüyünə pul xərcləmək başadüşüləndir. Bəs köhnə
ayaqqabılarına, hələ saç çəngəsinə necə?! Məsələn: "Apple” şirkətinin mərhum rəhbəri Stiv Cobsun
köhnə səndəli 2,75 min dollara hərracda satılıb. Cobs onu 1980-cı illərdə geyirmiş.
"Almapərəst” pərəstişkarın kimliyi gizli saxlanılır.
Dünən isə "Bitlz”
qrupunun solisti Con Lennonun saç çəngəsinə 35 min dollar pul veriblər. Bu müştərinin
də adı gizli saxlanılır.
Qeyd edək ki,
Lennonun saçı 1966-cı ildə kəsilib. Daha doğrusu, həmin ildə Almaniyada filmə çəkilən
Lennon saçını kəsdirəndə uzaqgörən bərbər qızıldan qiymətli saç çəngələrini
atmayıb. Bilib ki, vaxt gələcək bu saçlar var-dövlət gətirəcək. Bərbər həmin
saç çəngəsini düz 50 il saxlayıb.