adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Fevral 2016 15:39
193743
MODA
A- A+

Planetin ən gözəl qızcığazı seçildi

Moskvalı Kristina Pimenova "Planetin ən gözəl qızcığazı” seçilib. Adalet.az xəbər verir ki, ABŞ-ın nüfuzlu La Models agentliyinin sahibi Haynz Holba artıq qızcığazla müqavilə də bağlayıb.

"On yaş uğur qazanmaq üçün az görünür, amma Kristina bunu bacardı. Ümid edirik ki, balaca modelimizlə yolumuz uzun olacaq”, deyə Holba bildirib. 

Müqavilənin qızının adından anası – keçmiş maneken Qlikeriya Pimenova imzalayıb.  

Kristina model karyerasına daha erkən yaşda- 3 yaşında başlayıb. Anası ilə birlikdə podiumu paylaşan qızcığaz Roberto Kavalli, Dolce & Gabbana, Armani kimi brendləri üzərində nümayiş etdirib.

The Daily Mail qəzeti yazır ki, Kristinanın böyük qadınlara xas baxışları çoxlarının narazılığına səbəb olur. Onlar ananı azyaşlı qızını pul xətrinə açıq-saçıq fotosessiyalar etdirməkdə qınayırlar.