Planetin ən gözəl qızcığazı seçildi
Moskvalı Kristina
Pimenova "Planetin ən gözəl qızcığazı” seçilib. Adalet.az xəbər verir ki, ABŞ-ın
nüfuzlu La Models agentliyinin sahibi Haynz Holba artıq qızcığazla müqavilə də
bağlayıb.
"On yaş
uğur qazanmaq üçün az görünür, amma Kristina bunu bacardı. Ümid edirik ki,
balaca modelimizlə yolumuz uzun olacaq”, deyə Holba bildirib.
Müqavilənin
qızının adından anası – keçmiş maneken Qlikeriya Pimenova imzalayıb.
Kristina
model karyerasına daha erkən yaşda- 3 yaşında başlayıb. Anası ilə birlikdə
podiumu paylaşan qızcığaz Roberto Kavalli, Dolce & Gabbana, Armani
kimi brendləri üzərində nümayiş etdirib.
The Daily Mail qəzeti yazır ki, Kristinanın böyük qadınlara xas
baxışları çoxlarının narazılığına səbəb olur. Onlar ananı azyaşlı qızını pul xətrinə
açıq-saçıq fotosessiyalar etdirməkdə qınayırlar.