Dünya şöhrətli model təqaüdə çıxır
Dünya şöhrətli
model Sindi Krouford təqaüdə hazılaşır. Adalet.az Qazeta.ru-ya istinadən
bildirir ki, fevralın 20-də 50 yaşını qeyd edəcək model yubileyindən sonra
karyerasına son verəcək.
"Mən bilirəm
ki, hələ 10 il bundan sonra da fotoqraflar dalımca düşəcəklər, amma fotomodel
kimi yox, sadəcə tanınmış sima kimi. Nə edə bilərəm? Özümü başdan yarada bilmərəm
ki?! Heç buna məcbur da deyiləm”, - deyə Krouford bildirib.
Qeyd edək ki,
Sindi Krouford 90-cı illərdə qadın fözəlliyinin idealı sayılırdı.