adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Yanvar 2016 17:37
197346
MODA
A- A+

Müharibədən sonrakı İtaliya modası

Fevralın 7-də Floridada "Bulgari” zərgərlik evinin dəstəyi ilə İkinci Dünya müharibəsindən sonra İtaliyada yüksək modanın inkişafı barədə "Bellissima” sərgisi start götürəcək.

Sərgi çərçivəsində o zamanın italyan modasının simasını müəyyən edən 90-dan çox dizaynerin işi nümayiş olunacaq. Onların arasında Sorrele Fontana, Valentino Qaravani, Emilio Puççi və Rusiyadan mühacirət edən aristokrat İren Qolitsınanın işləri yer alıb. İtaliya müharibədən sonra moda və incəsənətə xüsusi diqqət ayrılan azsaylı ölkələrdən biridir. Bədən formasını vurğulayan, bahalı parçalardan əl işi ilə tikilmiş eleqant geyimlər müharibədən sonrakı ölkənin tam təzadı olsa da, insanlara gözəl həyata ümid verirdi.