adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SÖZÜN İŞIĞINDAKI ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
82434 | 2013-01-09 11:11

(Əvvəli ötən sayımızda)

O günlərin birində bizim ümumi dostlarımızın iştirakı ilə süfrə başındaəyləşdik. Bu mənim ilk və ən böyük yalanım idi. Amma sonu mehribançılıqla,səmimiyyətlə başa çatan yalanim!"

Başqa bir xatirə yarpağı

"Universitetin jurnalistika fakültəsində oxuyanların hamısıgörkəmli söz adamları Famil Mehdi ilə Nurəddin Babayevin münasibətlərinin sərinolduğunu yəqin ki, xatırlayırlar. 1975-ci ilin mayında jurnalistikafakültəsində diplom müdafiəm idi. Elmi rəhbərim filologiya elmləri namizədi,məşhur jurnalist İbrahim Novruzov idi. Sovet Jurnalistikası kafedrasınınmüdiri, görkəmli şair, filologiya elmləri doktoru, professor Famil Mehdi diplom işimə rəyçi kimi Nurəddin Babayevinadını yazmışdı. Doğrusu, bu mənə çox qəribə gəldi. Çünki onlarınmünasibətlərindən xəbərdar idim və qorxurdum ki, Nurəddin müəllimin xoşunagəlməsin və mənfi rəy yazsın.

Amma bir qədər sonra Nurəddin müəllimin diplom işimə yazdığı rəyioxuyanda heyrət məni bürüdü. O, yazırdı: "Mən Eldar İsmayılovun diplom işihaqqında rəy yazmaq yox, ürək sözü demək istəyirəm. Çünki indiyədək oxuduğumdiplomlar sırasında Eldarın işi tam xüsusiyyət təşkil edir..." bu böyükyazıçı, jurnalist və alim fikrini belə tamamlamışdı: "...Çox yaxşı olardıki, sovet jurnalistikası kafedrası bu əsəri yüksək qiymətləndirməklə bərabər,onu nümunəvi bir iş kimi başqa tələbələrimizin nəzərinə çatdırmaq haqqındaqərar qəbul edəydi. Nurəddin Babayev 21.05.1975 ".

Bu rəyi görüb sevindiyimi müşahidə edən Famil Mehdi dedi ki, mənbilirdim o ədalətli adamdı. Sadəcə, bu addımı ona görə atdım ki, Nurəddinmüəllim bilsin ki, savadlı tələbələrin heç kimin hamiliyinə ehtiyacı yoxdur.

Bundan başqa, 1979-cu ilin fevralında məni Azərbycan Dövlət Televiziyavə Radio Verilişləri Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafrayonlar üzrə xüsusi müxbir təyin etdilər.Onlardan asılı bir slra problemləriyoluna qoymaq üçün Vilayət Partiya Komitəsinin birinci katibi Boris Kevorkovunqəbuluna düşmək istədim, lakin komitədə işləyən digər erməni funksionerlər bunasüni maniələr yaratdılar. Cəhdim boşa çıxdı. Burada fəaliyyət göstərdiyim illərərzində dəfələrlə ermənilərin xalqımıza düşmən münasibətinin şahidi oldum. Təzəişə başlayandan az sonra keçmiş Mardakert rayonu ərazisində tikilmiş böyükdonuzçuluq kompleksinin inşasının başa çatması, lakin su olmadığından dövlətkomissiyası tərəfindən qəbul olunmaması məndəjurnalist marağı oyatdı. Səbəbini öyrənmək üçün rayona getdim. Öyrəndimki, kompleksdə bütün işlər pis-yaxşı başa çatdırılıb, amma nəzərdə tutulan suyoxdur. Çətinliklə layihə sənədlərinə baxmaq imkanı əldə etdim, sənədlədiqqətlə tanışoldum. 35 kilometr məsafədən, dağ bulaqlarından bura iri metal borularla həm əsas, həm də ehtiyat sukəmərləri çəkilişi nəzərdə tutulub. Sənəd üzrə kəmərlər çəkilib, pulu dasubpodrat təşkilata tam ödənib, su isə yoxdur. Niyə? Suala aydınlıq gətirməküçün neytral bir mütəxəssis tapdım, onun köməyi və iştirakı ilə kompleksinyerləşdiyi əraziyə getdim və özümlə oraya apardığım koğuşlu traktor vasitəsiləbir-birindən xeyli aralı, layihəyə görə boru xəttinin keçməli olduğu yerdəqazıntı apardıq. Amma boru tapılmadı. Mən bütün bunları həm kameraya, lentəköçürdüm, həm də şahidlərin səslərini yazdım. Bu, külli miqdarda dövlətəmlakının mənimsənilməsi faktı idi.

Məsələdən xəbər tutan Gevorkov dərhal məni yanına dəvət edib materialıefirə verməməyi xahiş etdi və bildirdi ki, özü şəxsən günahkarları layiqincəcəzalandıracaq. Bilirdim ki, Gevorkov Azərbaycan Kommunist Partiyası MərkəziKomitəsi bürosu üzvlüyünə namizəd, SSRİ Ali Sovetinin deputati kimi həmrespublikada, həm də ittifaq səviyyəsində böyük nüfuza malikdir və hər yerdəsözü keçərlidir, mənim materiallarım efirə verilməyəcək. Buna baxmayaraq,cinayətin üstünü açdım, nəzarətdə saxladım vəbir jurnalist kimi nəyə qadir olduğumu onlara göstərdim. Qarabağhadisələrinin ən kəskin dövrlərində bölgədə işlədim. Xain ermənilər əvvəldənmənə bəlli olan iç üzlərini bir daha açıb göstərdilər.

... 1991-ci il, 9 yanvar. 33 yaşım tamam olan gün. Laçında xidmətiezamiyyətdə idim. Jurnalist həmkarım Salatın Əsgərova ilə orada görüşdük.Salatın xanımla Ağdama qayıtmalı idik. Bizi hərbçilərlə bir maşına mindirdilər.Lakin həmin vaxt Laçın rayonuna rəhbərlik edən rəhmətlik Xanlar Məmmədov mənitəkidlə maşından düşürdü. Onunla həm dostluğumuz, həm də, kitab həvəskarı kimi,məsləkdaşlığımız vardı. Bir neçə iləvvəl rayona rus dilində "Dünya xalqlarinin mifləri" ikicildliyigəlmişdi, amma bir nüsxədə, onu da Xanlar müəllim özü götürmüşdü. Mənə dəgətirdəcəyinə söz versə də, bu, mümkün olmamışdı. Bildirdi ki, "sənə sözverdiyim "Mifı narodov mira" ikicildliyini ad gününə hədiyyə edəcəm,indi özün bil, gedirsən, ğet. Bu kitab məsələsi mənim zəif nöqtəm idi. Xanlarmüəllim də bunu bilirdi və mən dərhal razılaşdım. Heç bir saat keçməmiş jurnalist həmkarımın vəonu müşaiyət edən rus hərbçilərin Şuşanın Qala dərəsi kəndində ermənimillətçilərinin busqusuna düşərək qətlə yetirilmələri xəbəri Laçına gəlibçatdı. Düşünürəm ki, mənim onlarla yol yoldaşı ola bilməməyim təkcə təsadüfdeyil, bir xilaskar qüvvənin yardımı idi..."

Ötən əsrin 60-cı illərində Ağdamda orta musiqi təhsili alıb,jurnalistikaya meyl edib, "Lenin yolu" adlı rayon qəzetindəfotomüxbir kimi fəaliyyətə başlayıb, sonralar məqalələrlə, oçerklərlə çıxışedib,

Jurnalist peşəsi onu daha çıx düşündürür, narahat edirdi. O da məlumdur ki, Eldar hüquqşünas olmaqniyyəti ilə hələ 1966-cı ildə Saratov Hüqüq İnstitutuna daxil olmuşdu və birsıra məlum və naməlum səbəblərə görə təhsilini yarımçıq qoyub Ağdamaqayıtmışdı. Onu jurnalistikanın maraqlı yolları gözləyirdi. Həmin dövrlərdəməşhur olan "Kommunist", "Azərbaycan gəncləri", "Sovetkəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən"Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskayapravda" qəzetlərində, həmçinin birsıra rayon qəzetlərində Eldar İsmayılovun imzası görünməyə başlamışdı.

Eldar İsmayılov Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının(AİJA) yaradıcısıdır desək yerinə düşər.Bu yeni jurnalist təşkilatı 1995-ci ildə Gənclər və İdman Nazirliyininxeyir-duası ilə yaradılmış və Eldar həmin qurumun prezidenti seçilmişdi. O,həmçinin möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin üzvüdür.

Azərbaycanda idmanın sürətli inkişafının dünya miqyasında tanınmasındaAİJA-nın rolu danılmiazdır. Eldar müəllim müntəzəm olaraq beynəlxalq idmantədbirlərində iştirak edir, Respublika idman ictimaiyyətinin ən nüfuzlunümayəndəsi kimi idmanla bağlı ən mötəbər məclislərə dəvət olunur. O, mərkəziiqamətgahı Londonda yerləşən və dünya idmanının "Oskar"ı kimi tanınan"LAUREUS" Dünya İdmanMükafatları təşkilatının həmtəsisçisidir. Beynəlxalq idman məclislərində,konfrans və simpoziumlarda fəallıq göstərir, xarici mətbuatda yazılar dərcetdirir. Eldar İsmayılovun rəhbərlik etdiyiAzərbaycan İdman Jurnalistləri Assosisasiyası - AİJA bu gün, sözün əslmənasında, ölkəmizin ən qabaqcıl, ən çevik və ən peşəkar jurnalisttəşkilatıdır.

... Qarşımdakı albomları vərəqləyirəm. Bu albomdakı şəkillər ötən əsrin60-70-80-ci illərini özünə köçürübdü. Bu şəkillər arasında Eldar İsmayılovunDağlıq Qarabağda - bu gün işğal altında olan torpaqlarda fotokameranınyaddaşına köçürdüyü məqamları yaşadır. Çox təəssüf ki, hələ də əlimiz o yerlərəçatmır. Ancaq xatirələrin köməyi ilə gəzib dolaşdığımız o bölgələrimizlə bağlıEldar müəllimin qələmi, kamerası çox şeyləri tamaşaçıya, oxucuya çatdırıb. Çoxmətləbləri açıb töküb ortalığa. Təəsüf ki, torpaqlarımızın işğalı Eldarİsmayılovu da Bakıya üz tutmağa məcbur etdi. O, öz qələmini dincə qoymadanjurnalist peşəkarlığını günbəgün artırmaqla Bakıda da sözünü dedi, tamaşaçı,dinləyici əhatəsində oldu. Sənətinə olan marağı həyatının yeni bir səhifəsininaçılmasına gətirib çıxartdı.

1995-ci ildə Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən təsiskonfransında Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA yaradıldı.Konfransda AİJA-nın prezidenti seçilən Eldar İsmayılov çox qısa zamanda buolimpiya yönümlü jurnalist təşkilatını, sözün əsl mənasında, tanıda bildi.

1996 -cı ildə AİJA Avropa və dünya təşkilatına müraciət edərək bubeynəlxalq qurumların üzvlüyünə qəbul edildi. 250 nəfərdən artıq üzvü olanAİJA-nın 1997-ci ilin may ayından artıq Beynəlxalq Təşkilatın həqiqi üzvüdür.

2010-cu il aprelin 28-də turizm cənnəti Antalyada, 48 qitə dövlətinitəmsil edən Avropa İdman Jurnalistləri İttifaqının - UEPS-in 32-ci Konqresindətəşkilatın 12 yerdən ibarət rəhbər orqanına gizli səsvermə yolu ilə keçirilənseçgilərdə ali kürsüyə yaxın dörd il üçün Yunanıstan, Rusiya, Malta, Türkiyə,Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, Serbiya, İrlandiya və Sloveniyailə yanaşı ilk dəfə olaraq Azərbaycan nümayəndəsi də sahib oldu. Eldarİsmayılov qaliblər sırasnda yer aldı. Yeri gəlmişkən, 138 yaşlı Azərbaycan milimediasında bugünədək heç kim hər-hansı beynəlxalq jurnalist təşkilatının rəhbərorqanına seçilməmişdi. Fikrimcə buqələbə istər 18-ci yaşına qədəm qoyan AİJA, istərsə də bütövlükdə Azərbaycanjurnalistikası üçün böyük uğur sayıla bilər!

Azərbaycan paytaxtında keçirilən beynəlxalq idman yarışlarının təşkili,təbliği və bütövlükdə idmanla bağlı informasiya çevikliyi məhz AİJA-nınməqsədyönlü ardıcıl fəaliyyətinin nəticəsidir.

Eldar İsmayılovun təşəbbüsü ilə 2011-ci ilin oktyabrında MDB məkanındailk dəfə Bakıda Avropa İdman Mediası İttifaqı - UEPS İcraiyyə Komitəsinintoplantısı kecirildi, bir neçə ay əvvəl isə paytaxtımızda UEFA on yeddi yaşlıqızlar arasında dünyal çempionatı zamanı Lünya İdman Jurnalistləri Birliyi -AİPS İcraiyyə Komitəsi yığıncağı təşkilolundu, eyni zamanda AİPS-in Gənc Reportyorlar Proqramına uygun olaraq dünyanınmüxtəlif ölkələrini təmsil edən gənc idman jurnalistlərinin 30 günə yaxınseminarı reallaşdı. Beynəlxalq idmanyazarlarının paytaxtımızda, bölgələrimizdəolması, əlaqələrin genişlənməsi Azərbaycan həqiqətlərinin dünyayaçatdırılmasında öz töhfəsini verir.

Bizimlə söhbət zamanı Eldar müəllim onu da vurğuladı ki, Beynəlxalqİdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi gələn il Bakıda keçiriləcək vədünya təşkilatının 90-cı ildönümü paytaxtımızda qeyd ediləcək. Dünyanın 170-əyaxın ölkəsindən 300 nəfərdən artıq tanınış qələm və söz adamı 6 gün davamedəcək bu möhtəşəm tədbirə qatılacaq. Bununla bağlı müvafiq işlər görülür....

Bəli, öz işi haqqında, gördükləri barəsində çox danışmağı xoşlamayan,necə deyərlər, qısqanclıqla müəyyən informasiyalar verən Eldar Xankişi oğluİsmayılov yanvar ayının 9-da 65 yaşını qeyd edəcək. Ömrün 65 ilinin 46-sınıjurnalistikaya həsr edən Eldar İsmayılov üç övlad, yeddi nəvə sahibidi.Oğlanları Vüqar və İlqar, qızı Nərgiz ona həmişə sevinc bəxş edirlər. Özişləri, təhsilləri ilə ata qəlbini dağ boyda edən bu övladlar atalarına həm dəyaxşı yardımçıdırlar. Oğlanları ilə yanaşı qızı Nərgizlə də xüsusi qürur duyur.Azərbaycan Dillər Universitetini qırmızı diplomla bitirən Nərqiz "XəzərUniversiteti" "DünyaMəktəbi"ndə ingilis dili departamentininrəhbəridir. Nərgiz xanım hələ Küveytdə Kembric Orta Məktəbində işləyərkənövladlarına ingilis dilini sevdirmiş və onun Röya və Rəşad adlı uşaqları budili mükəmməl mənimsəmişlər. İndi onlar Bakı Avropa Liseyinin 8-ci sinfindətəhsillərini uğurla davam etdirirlər.

Eldar İsmayılov: "Sevinirəm ki, dünyaca məşhur KembricUniversitetində təhsil almaq arzusunu illərlə ürəyində yaşadan qızım bugünlərdə Londondan xoş müjdə alıb - builin yanvarından etibarən həmin universitetdə təhsilini daha yüksək pillə üzrədavam etdirəcək. İndi onun sevincinin həddi-hüdudu yoxdu.

Ümumiyyətlə taleyimdən, övladlarımdan, peşəmdən çox məmnunam. Həyat mənisınaya-sınaya, bərkə-boşa çəkə-çəkə məqsədimə gedən yolda mətinləşdirib. Mən dəheç vaxt əziyyətlərdən qorxmamışam, ümidsizliyə qapılmamışam. Ona görə də 65 ilömrümdə kimsədən gözlərimi gizlətməmişəm, kimsənin gözündən yayınmamışam.Həmişə yerimdə, həmişə adamların yanında olmuşam. Bəzən köhnə tanışlarımdankimsə məndən telefon nömrəmi soruşur. Deyirəm, 15 il əvvəl vermişdim,itirmisən? Mən 15 ilə azı 15 nömrə dəyişmişəm - deyir. Yəqin kiməsə borcunolub, yaxud nədənsə kimdənsə qaçıb gizlənmisən, ona görə. Məncə, insanvəzifəsini, sosial durumunu dəyişə bilər, ammaxasiyyətini, yerişini, duruşunu, dostlarını, sədaqətini, imkan daxilindətelefon nömrəsini dəyişməsin gərək."

P.S. Mən Eldar müəllimin 65 yaşına yazdığım bu yazıda onu daha geniş,daha ətraflı da təqdim edə bilərdim. Onun aldığı fəxri fərmanları, diplomları,hədiyyələri, layiq görüldüyü əməkdar jurnalist adını, gəmi ilə dünya səyahətinəçıxmasını, Antarktidadan başqa bütün qitələrdə, az qala yüzədək ölkədəolmasını, ən mötəbər tədbirlərə qatılmasını sadalaya bilərdim. Amma buna lüzumgörmədim. Çünki onu tanıyanlar tanıyır, tanımayanlar da ən azı tanıyanlardansoruşub öyrənəcəklər. Mənim yazdığım beş-üç cümlə də əlavə bir bilgi olacaq.Amma içimdə olan bir sirri mütləq yazmalıyam, deməliyəm. Qaçqınlıq həyatıbaşlayan ilk illərdə Eldar İsmayılov yaratdığı "Elzər" firmasınıngəliri hesabına iyirmiyə yaxın qaçqın ailəsinə aybaay yardım göstərib. Özü dəkömək elədiyi adamalr, necə deyərlər, sinmasınlar deyə onların adına əmanətbankında açdığı hesablara köçürüb. Yardımı alanlarsa elə zənn ediblər ki,onlara dövlət kömək edir. Amma bilməyiblər ki, bu "Elzər" firmasınınqayğısıdır. Heç indi də bilmirlər. Eldar İsmayılov bu addımı atanda müqəddəsbir kəlama istinad etmişdi: sağ əlin verdiyini sol əl bilməməlidi.

Odur ki, gəlin unutmayaq, 65yaşını qeyd etdiyimiz Eldar İsmayılovun ürəyində sirlər də, sözlər də hələçoxdu...

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV