adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Dekabr 2015 09:35
200575
MODA
A- A+

İraqda 43 il sonra gözəllik müsabiqəsi keçirilib

İraqda 43 ildə ilk dəfə olaraq gözəllik müsabiqəsi keçirilib.

Adalet.az "TASS”a istinadən verdiyi xəbərə görə, müsabiqənin nəticələrinə əsasən, 20 yaşlı Şalma Əbdülrəhmanİraqgözəli seçilib.

İraq"Kainat gözəli -2016” müsabiqəsində təmsil olmaq niyyətindədir və bu səbəbdən müsabiqə beynəlxalq meyarlara maksimal səviyyədə uyğunlaşdırılıb. Lakin, buna baxmayaraq, iştirakçıların səhnəyə çimərlik geyimində çıxışı yarışmanın proqramına daxil edilməyib.

"Mənİraqın irəliyə doğru getməsinə çox şadam”, deyə müsabiqənin qalibi sevincini bölüşüb.

Təşkilatçılar müsabiqəni oktyabrda keçirməyi planlaşdırıblar, lakin iştirakçıların ünvanına gələn təhdidlər səbəbindən tədbir təxirə salınmışdı.

Qeyd edək ki, bundan əvvəl "İraqgözəli” müsabiqəsi sonuncu dəfə 1972-ci ildə keçirilib. O zaman müsabiqənin qalibi Vicdan Burhan əd-Din Süleyman seçilmişdir.