adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ROMA PAPASINDAN DA XOŞBƏXT

ƏBÜLFƏT MƏDƏTOĞLU
71174 | 2015-11-20 18:52

Mənxəyallarımda oluram

İndi hər bir insanın, daha doğrusu, hər biroxucunun qarşılaşdığı konkret bir mövzu var. Bu, elə bir mövzudur ki, onuavtobusda da, çayxanada da, toyxanada da, bir sözlə, iki adamın bir-biri ilə qarşılaşdığıhər yerdə müzakirə edirlər və hər kəs də məsələyə öz prizmasından baxır, özarşını ilə qiymət verir. Necə deyərlər, gündəm əməlli-başlı bu mövzuyla ağzınaqədər dolubdu. Amma mənim bu mövzuyla heç bir işim yoxdu. Mən öz mövzumu, özdüşüncəmi, öz fikirlərimi dəyərli oxucularımla bölüşmək istəyirəm. Və elə bilirəmki, məni oxuyanlar, mənimlə həmsöhbət olanlar məndən doymayıblar, mənim sözüm,mənim yazım onları məndən uzaqlaşdırmayıb. Buna görə hər bir oxucumunqarşısında ayrı-arylıqda baş əyib təşəkkürümü bildirirəm. Sağ olsunlar, səbrlərinə,dözümlərinə və ayırdıqları vaxtlarına görə.

Bəli,bu gün də özümdən yazacam, öz duyğularımı, öz düşüncələrimi dilə gətirəcəm. Eləbilirəm ki, bu yazıda da oxucularımın müəyyən bir qismini içindən gələn istəkləriifadə edə biləcəm. Çünki bu mövzu da hal əhli üçün münasib, uyğun, bir növüboya biçilmiş fikirlərdən ibarətdir. Yəni yazacaqlarımı kimlərsə artıq öz içindəyazıb da, oxuyub da. Amma mən onun kağız variantını da qəzet formasında ortayaqoyuram...

Deməli,Bakı həm də küləklər şəhəridi.Belə deyiblər mən də eşitmişəm. Və çox az-az hallarda Bakının küləksiz olduğunumüşahidə etmişəm. Doğrudur, Bakıya külək yaraşır, amma küçələri süpürülmüşolanda... yol-izləri zir-zibildən təmizlənəndə. Əks halda, külək Bakıda adamıtamam hövsələdən çıxarır. İllah da ki, sellofanlar küləyin çaldığı havayaoynayanda aləm bir-birinə dəyir. Bir də görürsən ki, bir topa sellofan havadaoynaya-oynaya ya hansısa ağacın budağına "qonur", ya kiminsə üzünəçırpılır, ya da hansısa maşının ön şüşəsinielə qapayır ki, sürücü təcili əyləci basmalı olur... Doğrudur, bəziləri bunuBakının yaraşığı adlandırır. Amma bu "yaraşıq" qonaq-qara yanındaadama utanc gətirir. Zarafat deyil, küləklər şəhərində adam hövsələdən çıxır və"oynayan sellofanlar"ın günahkarlarını, sifarişçilərini neçə mərtəbəlisözlərdən keçirir. Düzdü, bu nə küləyə təsir edir, nə də oynayan sellofanlara.Amma insan bəzən özünü nə iləsə sakitləşdirmək istəyir. Bax, belə məqamda bir qism Allah bəndəsinin köməyinə məhzhəmin on yeddi mərtəbəli sözlər çatır. Nə isə...

Hə,neçə gündür ki, Bakıda güclü külək əsirdi. İndi bir az səbbi alınsa da, amma bukülək də xətasız ötüşmədi. Bir neçə ağac ya kökündən qopdu, ya da qol-qanadıqırılıb düşdü səkilərə, küçələrə. Yaşadığım ərazidə də belə bir hadisəni seyretmək mənə "nəsib oldu" çox şükür ki, yıxılan ağacın xatası heç kimi,tutmadı. Necə deyərlər, anamız namaz üstündə idi, salamat ötüşdük...

Hə,belə bir məqamda, yəni külək adamınqanını qaraldanda xəyallar da alt-üst olur. Xəyala qapılıb yol gedəndə,xüsusilə parkda, bulvarda dolaşanda həm küləyin əcaib səsi, həm də qaldırdığıtoz-torpaq, oynatdığı sellofanlar adama fikrini bir yerə toplamağa, qurduğu xəyalınsonuna gedib çıxmağa imkan vermir. Qalırsan sadəcə küləklə xəyalın arasında. Vəbelə bir məqamda sənə elə gəlir ki, bu külək səninlə düşmənçilik edir. Bu küləksəni bir növü ağrıyan yerindən vurmağa çalışır. İstəyir ki, özündən sözündənçıxasan, istəyir ki, sən də dilini hasısa yeddi mərtəbəli bir ifadə gətirəsən.Amma...

Bəli,amma burda bir gerçək də var. O da küləyinoynatdığı tellərdi, saçlardı. Onu seyr etmək, ona diqqət kəsilmək bəzən insanıniçində müəyyən məqamların közərməsinə, müəyyən işartıların alışmasına səbəbolur. Hətta bir qısqanclıq da yaradır adamda. Sənin toxuna bilmədiyin teli,saçı külək darayır, külək oxşayır. Bax, eləyeri gəlmişkən deyim ki, məhz həmin anda mən də səni küləyə qısqanıram vənə vaxtsa yazdığım misralar yadıma düşür.

təəssüfdoğurur

həmdə

acıvə

içdəngələn

birtəəssüf...

artıq

duyuram,

anlayıram

əlimi

əlindən

ürəyimi

ürəyindən

nəfəsimi

telindən

soymaq

vəsoyutmaq

gerçəyinözüdü

deyiltəsadüf...

gör

nəedirsən

seçdiyin

üsullasən

bilirsənmiki,

hərgün

biriynə boyda

məndən

çıxıbgedirsən!..

***

Mənbütün həyatım boyu xəyal qurmağa üstünlük vermişəm. Xəyallar həmişə məni ovudub. Ən ağır günümdə də, ənkədərli anımda da, ən çıxılmaz durumda olanda belə xəyal qurmağa, o xəyalınqanadlarında ağrıdan, acıdan, çətinlikdən çıxıb getmək mənim xilasım olubdu.Düzdü, buna görə yaxınlarım tərəfindən bəzən qınanmışam da. Hətta soyuqbaxışların da nişangahı olmuşam. Amma adətimə xilaf çıxmamışam. Üstəlik, onu dadeyim ki, çox qəribə olsa da, mən sevincli anlarımda da xəyal qoynunda olmuşam,xəyaldan ayrılmamışam. O sevincin özü belə mənə xəyal kimi gəlib, xəyal kimigörünübdü. Ona görə də xəyallarla bağlı yazdıqlarım, düşündüklərim, dediklərimçox vaxt özümə yönəlib, özüm onun acısını təkrar yaşamalı olmuşam. Hətta...

Bir qəribə məqamıdilə gətirmək istəyirəm. Adətən özümə son dərəcə simsar olan, son dərəcə yaxınbildiyim adamlarla hansısa bir məclisdə oturub söhbət edəndə və yaxud yeyib-içəndəsöz sözü çəkib, dostlar, doğmalar problemlərlə maraqlanıb, həyatımı, yaşamımısoruşublar, qayğılarımdan xəbər tutmaq istəyiblər. Və mən də böyük ürəkləonlara verdikləri sualın cavabını şərh etmişəm, iç dünyamı, xəyallarımı açıbgöstərmişəm. Və inanın ki, həmin məclislərdə mənə dağdan ağır, dağdan böyükgörünən problemlərim bir andaca həll olunub... dostlardan kimsə kitabımınçapını boynuna götürüb...bir başqası gecəqondumun sınmış dam örtüyünü eləyerindəcə dəyişmək məsələsini həll edib... Bir başqası övladımın qayğısını çözməyiboynuna götürüb... Tamam gözləmədiym bir məqamda hətta mənə hardansa ev, torpaqsahəsi alıb verəcəyini də, Nuhdan qalan maşınımı da təmir edəcəyini söyləyənlərolub... Və mən də bütün bunların hamısının xoşbəxtliyini yaşamışam. Üstəlik o qədərxoşbəxt olmuşam ki, bu eşitdiklərimə özüm inandığım kimi, ailəmi də inandırmağaçalışmışam. Onlara da ümid vermişəm ki, sabah usta gəlib damın örtüyünü dəyişəcək.Günün ikinci yarısında kitabı nəşriyyata təqdim edəcəm. Ertəsi gün filanproblem, o birisi gün uşağın problemi və sairə və ilaxır elə rahatlıqla həllinitapır ki, nə özüm inciyirəm, nə də evdəkilər. Amma günlər keçir, usta da gəlmir,damda yenə su, yağış öz işini görür, kitab kompüterin yaddaşında qalır, o biriproblemlər də toxunulmaz fond kimi öz yerində...

Hə, mən əvvəlləryuxarıda qeyd etdiyim xoşbəxtliyi hər məclisdən sonra evdə bölüşürdüm. Amma sonvaxtlar bu adətimdən əl çəkmişəm. Çünki o xoşbəxt anların bircə kəlməsini diləgətirən kimi ailə üzvlərimin qəribə bir təbəssümü ilə qarşılaşıram. O təbəssümmənə çox yumuşaq bir şəkildə nələrsə deyir. Yəqin ki, anlıyırsınız da nələrdediyini. Ona görə də həmin xoşbəxtliyi təkcə özümə saxlamışam, özüm yaşayıramo xoşbəxtliyi. Lakin etiraf edim ki, məclislərdə qanadlanan o xoşbəxtliyinömrünün uzun olmasını elə arzulayıram. Allaha əl açıb təvəqqe edirəm ki,dostlarımın, doğmalarımın mənə məclislərdə bağışladığı xoşbəxtlik uzunömürlü olsun,yaşayım o xoşbəxtliyi gen-bol!..

İndi bax elə budəqiqə sizə söylədiklərimi, daha doğrusu, sizin oxuduqlarınızı bir də içimdəyaşayıram, bir də götür-qoy edirəm. Vəd olunmuş dəstəkləri, köməkləribir-birinin ardınca muncuq kimi sapa düzürəm və baxıb görürəm ki, bütün bu xəyallargerçəyə çevrilsə, onda mən ən azı Roma papası qədər (zarafat da olsa- Ə.M.)xoşbəxt olaram. Çünki problemlərim çözülür, bircə işim qalır. O da sənə şeiryazmaq. Yeri gəlmişkən, o xoşbəxtliyin qanadlarının kölgəsində sənə bir şeirdeyim.


Bilirəm durmusanbaşımın üstdə

Nəfəsin qarsıyırboynumun ardın.

Özümü duyurambir dar qəfəsdə

Göyərir içimdə sənəbir andım -

Biraz da sevməyə imkan ver mənə!..


Ondaşıltaq idin - tərdin bilmədim

Vaxtıboş ötürdüm qədrin bilmədim

Nəyiharda, necə dərdim bilmədim

İndianlayıram sənədi andım -

Biraz da sevməyə imkan ver mənə!..


Günahdaşımışam belədən belə

Günahdaşımışam şələdən belə

Günahdaşıymışam axdığım selə

Özündə bilirsən mən nədə yandım-

Biraz da sevməyə imkan ver mənə!..


Qayıdışgedişdən çətindi doğru

Qayıdangedəndən mətindi, doğru

Buvaxtsız əkindi, səpindi, doğru

Eləet ortada qalmasın andın -

Biraz da sevməyə imkan ver mənə!..

***

Bəli,bu yazıya, daha doğrusu, sizinlə söhbətə Bakı küləyindən başladım. Sonra söz sözü çəkdi, sonra gəldim xəyallarımınüstünə. Xəyallarımın qapısını döydüm, bir az sandıqdan, boxçadan tökdüm ortaya.İnanın ki, bunu qəsdən etmədim. Sadəcə, bu da Bakı küləyinin bir fəsadı idi.Əsdi və xəyallarını da pərən-pərən saldı. Mən də yuvasından perikmiş xəyallarımıtoplamaq, geri qaytarmaq üçün bir çarə tapa bilmədim və məcbur olub onları eləbu vəziyyətdə, yəni adda-budda şəkildə sıraladım və bir qismindən də sizə sözaçdım. Axı elə xəyalların şirinliyi də ondadı ki, o sənə bir an ölçüsündə olsada ümid verir, xoşbəxtlik bağışlayır. Mən də dostlarımdan ona görə yerdən göyəqədər razıyam ki, onlar bütün məclsilərdə mənə həmişə təptəzə xəyallarbağışlayırlar, qanadlandırırlar məni o xəyallarla,mən dünyanı gəzirəm, qayğılardan qurtuluram. Hətta böyük Üzeyirin Məşədi İbadındili ilə dediyi 50 yaşın qocalıq olmadığını belə rahatca düşünürəm. İndigörürsünüzmü xəyallaran insanın sağlamlığı üçün nə boyda faydası var.

Doğrudur, yaşımavə mövzuya uyğun gəlməsə də, burda bir atalar sözünü xatırlatmalıyam. Yəqin bildinizki, söhbət yuxuda darı görməkdən gedir. İndi bu atalar sözünün lətifəsi bütünoxucularımızdan uzaq olsun. Amma bəzən xəyal adamı həmin duruma da salır. Və eləbilirsən ki, sən əstəxfürullah, sən Allahın bacısı oğlusan və hər kəs də ancaqsənin nazınla oynamalı, sənə xidmət etməlidi. Bu isə heç filmlərdə də olmur. Xəyallardaisə...

Bəli, mən bütünhallarda nə Bakının küləyinin qarşısını kəsənəm, nə də bütün problemləri çözəbilərəm. Sadəcə, mən həm küləyə, həm şəhərin özünə, həm də problemlərə ömür payımmüddətinə bir növü yoldaşam. Yanaşı addımlayırıq və külək öz işini görür, şəhəröz işindədi, problemlər də öz ağırlığında. Mən isə bütün bunları yaşaya-yaşayaelə xəyalların qoynundaca öz-özümə pıçıldayıram:

Kiprik yaşınaltında

Barmaq daşınaltında

Oyan başınaltında-

Dərddi, yatıbgöynətmə.


Gəl qəmi bəsrətelə

Üzümə həsrət elə

Sığınıb hər sətrimə-

Dərddi, yatıbgöynətmə.


Aç pərdəni günəşə

Batım nura,gülüşə

Xəbərsiz bu gəlişə

Əbülfəti öyrətmə!..


Hə, bu da belə.Mən xəyallara öyrənmişəm. Ona bir növü bağrı-badaş olmuşam. Onunla ömrü yolaverirəm. O da istədiyi vaxtı gəlib gedir. Siz buna dözə bilməyəcəksiniz. Onagörə də özünüzü xəyallara öyrətməyin.


TƏQVİM / ARXİV