adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

XATİRƏLƏR DÜNYASININ ADAMI

ƏBÜLFƏT MƏDƏTOĞLU
63416 | 2015-10-16 18:24

Orda hər şeyyerindədi

Sonvaxtlar xatirələrə daha çox üz tuturam. Dünəndən o biri üzdə qalan günlərə dahaçox meyl göstərirəm. Bilmirəm, nə qədər ağıllı və məntiqli hərəkətdi, ammaözümdən asılı deyil. Necə deyərlər, xatirələr mənə güc gəlir və mən onların təsirindən,onların aurasından çıxmağa çalışsam da,təslim oluram. Və onu da etiraf edim ki, bu təslimçilik mənə xoşdu...Görünür elə xoş olduğuna görə də müqavimətim zəifdi. Sona qədər dayanıb duruş gətirəbilmirəm...

Bəli,mən dünənin adamıyam və dünəndən o yandakı dünənin özü də mənimdi. Yükümü ordantutub gəlmişəm, sözümü orda şum edib, səpib suvara-suvara, göyərməsini, dəntutub sünbül olmasını gözləyə-gözləyə gəlmişəm. Ona görə də dünən mənim həyatımınözülü və bəlkə də elə birmənalı şəkildə özüdü. Düşünməyin ki, mən müdrik bir kəlamolan "dünəninə güllə atma, gələcəyin səni topa tutar" deyiminə söykənirəm.Doğrudur, bu da var. Amma ən çox xatirələrdi məni dünəndən qopub ayrılmağaqoymayan. Məhz bu yazımı yazmağa köklənəndə də gözümün önündə Nüsrət Kəsəmənligəlib dayanmışdı. Öz-özümə onun məşhurşeirinin bir bəndini təkrarlayırdım. "İndi daha inciməyin yeriyox"...

Hə,doğurdan da inciməyin yeri yoxdu, qardaş. Biz zamanında çox hadisələrin, çox məclislərinvə bir də boyunu ölçüdüyümüz yolların həm müsafiri olduq, həm iştirakçısı. Tanıdım səni və həm də ürəkdən bağlandımsənə. Özün və sözün içimdə ömrümün sonuna qədər əzəmətini qoruyub saxlaya biləcəkbir abidə ucaltdın. Mən də hər gün bu abidənin önünə tər çiçəklər qoyub baş əyirəm.Ruhun şad olsun!..

İçimdən birah gəlib keçir. Kövrək, həm də içiminacısını, həsrətini çıxara biləcək bir ah. Mən o ahın hardan yarandığını və niyəbu cür kövrək və ağrılı olduğunu çox gözəl bilirəm. Sadəcə bir şeyi anlamıram.Bu ahlar yaranana qədər biz onun qarşısına niyə çıxmırıq? Onu niyə yaranmağa,göyərib oyatmağa imkan verib, sonra təəssüf və təəccüb hissi keçiririk? MəgərCabir Novruz demiş, sağlığında qiymət verə bilməzdik? Ola bilsin ki, bu sualımuğursuz bir məntiqin nəticəsi kimi görünsün. Hətta oxucularımdan kimsə mənim buqədər sadəlöhv olduğuma heyrət etsin. Amma inanın ki, içimdən gələn səmimiyyətləyazıram bu fikirləri. Yəni, mən özüm də daxil olmaqla, hər kəsin ətrafına diqqətliolması doğurdanmı çətindi? Məncə yox! Biz sadəcə laqeydliyi, bu günün işinisabaha saxlamağı, bir az da ətrafımızdakılara yuxarıdan aşağı baxmağı dahayaxşı bacarırıq, buna daha çox meylliyik. Elə ona görə də itirəndən, türkqardaşım demişkən, kayb edəndən sonra nəyi itirdiyimizin, kimi kayb etdiyimizinyeri göründükcə dərk etməyə başlayırıq. Bax onda içimizə dolan ağrı-acı həmin oiynə ucu boyda olan ahı göyərdirir, ona qol-qanad verir və biz də bir dərinköks ötürməklə, dərindən ah çəkməklə guya ki, təsəlli tapırıq, guya ki, özümüzüovuduruq... Mənə elə gəlir ki, bizim ovunmağımız ruhların görüşündə mümkün olabilər, başqa cür yox!.. Nə isə...

Bütün hallardainsan özünə təsəlli verməyə müəyyən formalar, nə bilim bəhanələr tapa bilir. Buelə insanın hardasa özünü idarə etmək, özünü nəzarətdə çaxlamaq keyfiyyətininbir çalarıdır. Onu da etiraf edim ki, bu təqdirəlayiq keyfiyyət olmasa, insan bəlkədə əndazəsini daha tez-tez aşar, necə deyərlər, özündən tez-tez çıxar və özü iləbirlikdə ətrafdakılara da zərər verə bilər. Görünür, Tanrının bizə bir sevgisidə elə bu yerdə, bu çalarda özünü büruzə verir və biz də həmin o məlum çalarınişığına söykənib özümüz üçün təsəlli saydığımız hər bəhanədən yararlanırıq,xüsusilə söz adamları. Yəni xatirələr güc gələndə, içindəki ağrılar səni tərkisilahedəndə və nəhayət, itirdiklərinin yerigöynəyəndə bir tərəfə çəkilmək, özünlə baş-başa qalmaq, qələm-kağıza üz tutmaq,tüstülənən siqaretin barmaqların arasında qaraldığını unutmaq... Bax, bütünbunlar söz adamının həmin o dediyim anda, həmin o dediyim durumda yaşadıqlarınıngöstəricisidir. Mən də müəyyən mənada okarvanda olduğumdan bütün bunları son vaxtlar daha tez-tez yaşayıram və elə buməqamda da sizə demək istəyirəm ki:

Kəsirdilim-dilim -

Dilim çoxalır

Mənim ayım ötür-

İlim çoxalır


Bəmim kökdəndüşür -

Zilim çoxalır

Qocalır içimdə dərdim,qocalır...

Saralır yarpağım-


Xəşəm olur, bax

Gözdən iraq yerlər

Güşəmolur, bax...

Kövrəlməkget-gedə


Peşəmolur, bax

Qocalıriçimdə dərdim, qocalır...

İndinə geyinsəm gəlir əynimə

Xatirədumanı enir çiynimə


Heçnə almasam da

Dahaeynimə

Qocalıriçimdə dərdim, qocalır!..

***

Buyazını oxuyanlara bir sualım var. Balacabir arxla axan suyu seyr etmisiniz? Onunqaşısına çıxan maneədə necə ləngidiyini, necə sürətinin aşağı düşdüyünü və nəhayəto maneəni aşmaq üçün necə yavaş-yavaş bir yerə toparlandığını... və nəhayət həminmaneənin üstündən aşandan sonra xilas olmuş kimi, qurtulmuş kimi yolunu necəsürətlə davam etdiyini seyr etmisiniz? Əgər kimsə bu müşahidəni aparıbsa, ondamənim nə demək istədiyimi və nə yazacağımı yəqin ki, təxmin edəcək. Biləcək ki,ruh, söz adamları məhz sızqa suyun axdığı arx kimidi. O vaxta qədər ki, onungözünün önündə, onun yaddaşında, onun xatirəsində nəsə gəlib dayansın, nəsə onusilkələsin. Bax ondan sonra ürək döyüntüsündən tutumuş, sözün rəngarəngiliyinəqədər hər şey həm sürətlənir, həm də sanki işıq saçır, bərq vurur. Və qələm-kağızlao qədər rahat danışır ki, sadəcə ona qulaq asmaq qalır...

Bəli, mən də yazımın ən şirin məqamında bilgisayar otağınadaxil olan bir nəfərin təkcə davranışı yox, həm də görkəmi ilə yaratdığı müsbətauranın təsiri altında ilham pərisinin qapısını döyməyə məcbur oldum. Çünki buyerdə, bu məqamda sevgidən yazmasan, sevgidən danışmasan günah olar. Necə deyərlər,buyurun, dinləyin:

Bal süzülüəndodaqları qaymaqdı

Əvəzi yox buqaymağın yay vaxtı...

Sinən üstü Əbülfətəyayalaqdı -

Ordan durub tərpənməyəhalım yox...

***

Mən yazınınovqatını şirinləşdirmək üçün nə vaxtsa yazdığım bir qoşmanın son bəndini sizə təqdimetdim. Bunun özü də bir xatirədir. Amma həyatda, yəni mövcud olduğum anda hərşeyi dərk etmək, hər şeyə diqqət yetirmək zənnimcə elə xatirənin özü qədər dəşirin və dəyərlidir. Çünki məhz zamanında, yerində olduğun kimi görünüb və göründüyün kimi dəolub öz bütövlüyünü büruzə versən bundan heç kim zərər çəkməz. Elə sevgininözündə də məhz bu mənada mən üzümü bütün varlığı ilə sevgiyə, diqqətə, səmimiyyətə,bir sözlə insanlığa kökləmiş dəyərli oxucuya tuturam və demək istəyirəm ki:

Birquş qanadında, bir at belində

Çapıbdünənimə dəyib, qayıtsam

Çəpərdənboylanan bal kimi tutun -

Kiçikbir budağın əyib qayıtsam -

Küsməzki, məndən?..


Çıxıbbağ yoluna, bulaq yoluna

Giribdağ çayının dümağ qoluna

Dibindəbənövşə yatan koluna

Necəsən?- soruşub, deyib qayıtsam -

Küsməzki, məndən?..


Ətrinciyərimə çəkib yarpızın

Öpübsalxımını söyüd barsızın

Məniilk sevgimdə aldadan qızın

Xatirəqapısın döyüb qayıtsam -

Küsməzki, məndən?..


Hərgün oxuyuram ömrün dastanın

Anıbxatirəsin mərhum dostların

Mənəsüfrə açan bağın, bostanın

Barınayaqüstü yeyib qayıtsam -

Küsməzki, məndən?..


Üzümqürubadı, yolum yenişə

Baxıbgülümsəmə sən bu yerişə...

İçimdəbir ümid varsa, görüşə -

Onunçünbəzənib, geyib qayıtsam -

Küsməzki, məndən?..

***

Dünyanınbütün bəlli və bəlli olmayan sirlərini çözməyə həmişə can atan insan olubdu. Yənibütün canlıların içərisində hər şeyə və hər kəsə sonsuz maraq insanın özünəməxsuscxüsusiyyətlərindən biridir. Elə buna görə də insan həmişə yeniliyin həmsorağında olur, həm də onun yaradıcısıdır. Deməli, mən də daxil olmaqla bizim hərbirimiz hər gün nəyinsə sorağında oluruq, nəyinsə izinə düşürük və yaxud da nəiləsə, kim iləsə qarşılaşırıq. Bu ilk baxışdan təbii prosesdi. Amma bu təbiiliyiniçərisində bir özünəməxsusluq da var. Ancaqhər kəsdən qaçmağı qarşısına məqsəd qoyanlar bilərəkdən, düşünülmüş şəkildə gahlaqeydlik sərgiləyir, gah özünü bilməməzliyə vurur, gah da nəyə qadir olduğunu,yəni insanlıqdan uzaq xüsusiyyətlərini bizlərə, ətrafına göstərir. Bax onda həmino təbii prosesin özünəməxsuluğu bir az adamı həm incik salır, həm dədüşündürür. Öz-özünə bir sualı dilinin ucuna gətirirsən. Görəsən insan cildindəkibu bəndə niyə insandan çox heyvana, həşərata, daha nə bilim nəyə bənzəyir? Nəyiöz cildində daşıyır?

Bəli, sualağırdı, həm də bir az məsuliyyət tələb edəndi. Amma hamımızın mütləq mənada həyatımızdaən azı bir dəfə dilimizə gətirdiyimiz sualdı. Ona görə də mən o sualı kağızaköçürəndə düşündüm ki, oxuyanlar yəqin ki, məni qınamayacaqlar. Çünki onlar danə vaxtsa həmin sualı özlərinə verirlər. O ki, qaldı insan cildində qalan nəsnələrə,mən inanmıram ki, onların xatirələri olar, onlar xatirələr yaşadalar içlərində.Ona görə inanmıram ki, mənə görə onların heç iç dünyası da yoxdu. Axı içdünyası anlayışı insana məxsusdu. Deməli, müəyyən mənada onların xatirələrsizyaşadıqlarını söyləməkdə haqlıyam. Nə isə...

Günün istənilənsaatında qapısını döyüb baş-başa qalmaq, sözünü-söhbətini dinləmək istədiyim əndoğma adamım və sirri-sözümü də kimsəyə söyləməyən məni özü qədər sayıb, özü qədərbilən bir güvənc yerim var - o da xatirələrimdi. Ona görə də bəzən saatlarla,günlərlə mən onları rahat buraxmıram. Eləcə dindirirəm, danışdırıram. Bir dəgörürəm ki, qarışıb onlara çıxıb getmişəm. Böyük Nəsiminin fikrinə şək etmədənindi demək istəyirəm ki, həmin an, daha doğrusu həmin anlarda çıxıb gedən ruhumolur, cismim yox. Cismim kimlərinsə gözü önündə, iş yerində, evdə, küçələrdə,maşınlarda gəzib dolaşır. Ruhum isə xatirələrim olan yerdə. Bax, ona görə də kənardanbaxana bir az havalı kimi görünürəm, bir az ümidsiz kimi görünürəm, bir az qayğısız kimi görünürəm, bir az da elə özümkimi!.. Amma hər nə olur olsun, hər necə görünüb-görünməməyimdən asılıolmayaraq mən elə xatirələr adamıyam! Ona görə də yerin də, ünvanın da xatirələrivar. O xatirələrdə mənim könlümə toxunan, məni incidən, məni anlamayan kimsəyoxdu. Sevinirəm ki, sən də həmin o dünyanın əbədi sakinisən.


TƏQVİM / ARXİV