adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MƏN ÇIXIB GEDƏCƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
63358 | 2015-10-02 17:32

Bu gün, yasabah...

Mən zaman-zamanyazılarımın əksəriyyətində xalqdan gələn deyimlərə, inanclara, hətta atalarsözlərinə belə çox böyük önəm vermişəm. Onlardan yerində istifadəyə məqamındayararlanmağa çalışmışam və bunu da özümə mən bir mənəvi, əxlaqi bir borcsaymışam, həm də bu mənim üçün bir stimul olubdu. Bilmirəm, bu qənaətimdə nə qədərhaqlıyam, amma bildiyim bir məqam varki, o da yazdıqlarımın hamısını nöqtə-vergülünə qədər ürəyimdən qidalanmasıdı.Yəni mən ürəyimin dediklərini yazmışam. Elə indi də onları yazıram...

Necə, nə cüralınmasından asılı olmayaraq, varını verən utanmaz, deyiblər. Mən də elə ürəyiminnə dediyini, nə cür dediyini və nə üçün dediyini ələkdən-xəlbirdən keçirmədən rəndəsiz,ütüsüz sözə çevirirəm...

Doğrudur, birmənalışəkildə qəbul etmişəm ki, yazdıqlarımın, dediklərimin hardasa beşdə biri həyatavəsiqə qazanır, oxucusunu tapır, kimlərinsə ürəyinin qapısını döyür. Qalanlarıisə...

Bəli, sonvaxtlar nədənsə köhnə bir meyxananın bir bəndi tez-tez yaddaşımda səslənir. Bilmirəm, bunun səbəbi nədi?Amma gerçək olan budu ki, səslənən həmin bənd hardasa mənim yazmaq istədiklərimində ipucudu. Bax, həmin o ipucu olan bənddə deyilir ki:

Gedən gedib,yerdə qalan da gedəcək

Qorxma,bizi dərdə salan da gedəcək.

Hə,bu gerçək bir həqiqətdi. Heç kim durduğu, oturduğu yerdə qala bilmədiyi kimi,heç tutduğu mövqedə də zaman-zaman qala bilmir. Fironlardan tutmuş bugünkü krallara, şahzadələrə qədər hərkəsin bir missiya dövrü var. Əsas odurki, həmin o zaman kəsiyini ətrafındakılara, yanında, canında olanlara sevdirəbiləsən. Sənli-sənsiz onlar sənin sevdirdiyin zamanı təkrar yaşamağı təkcəarzulamasınlar, həm də onu məqsədə, amala çevirsinlər!..

Bilmirəm,söylədiyim bu fikir sizi razı saldı, yoxsa yox, amma həqiqətən yaşadığın, idarəetdiyin məqamın davamlı olmasını, tarixləşməsini, onu şirin bir yuxu kimi hər kəsingündəlik arzusuna haqq edən belə tək-tək şəxsiyyətlər var və bu gün də eləonlar tək-təkdi... Mən isə...

Bir az yazıyaqarmaqarışıq fikirlərlə başladım. Müxtəlif səmtlərin sularını bir məcraya yönəltməyəçalışdım. Amma deyəsən alınmadı. Ona görə də elə düşündüyüm kimi, öz-özümədanışdığım kimi yazmağa qərar verdim. Əks halda bu yazdığımı bəlkə də kimsəoxumayacaq. Mən isə oxunmaq üçün yazıram. Deməli, elə yazmalıyam ki, siz dəoxuyasınız və biləsiniz ki, həyatın bütün gerçəkliklərini bir müstəvidə, lap eləbir verilişin bir kadrında görmək daha uyğundu, nəinki onu səpələnmiş formada,özü də az qala düyü kimi bir-bir seçib toplamaqla görmək. Bu cümlə də qəlizoldu. Amma gerçəyin ifadəsidi. Belə ki, çılpaq həqiqət nə qədər acı olsa da,onu məqamında, yerində görmək azı beş il, on il yalanlarla yaşayıb yalanlarınqurbanına çevrilməkdən daha gözəldi, daha mənalıdı. Bax, mən də oturub fikirləşirəmki, ətrafımda baş verənlər, mənim qaynayıb-qarışdığım və yaxud çəkilib kənardanseyr etdiklərim niyə bu qədər şablondu? Niyə bu qədər eynilik ifadə edir? Niyəbu qədər yorucu və mənasızdı? Ümumiyyətlə, bu az qala inkubator cücələri kimibir-birini təkrarlayan, bir-birini ifadə edən oxşarlıq nəyə gərəkdi? Bu hansıümidi doğruldur? Bu hansı ehtiyacı aradan qaldırır? Deyəsən suallar bir-birinəçalandı. Mən də bu bir-birinə calanan sualları ay qaranlıq gecədə göy üzünəünvanlayıram. Ordan cavab gözləyirəm. Cavab əvəzinə bu misraları eşidirəm:

İndiki

durumumda

nədənsə

daha çox

"gecə uzunolaydı"

dolaşırağlımda...

və mən

bir

ürək əməliyyatının

yolunu

gözlədiyimi

bildiyimdən

bu gecənin

axırında -

elə kövrək

pıçıltılara,

mahnılara,

bir də xatirələrə

qapı-pəncərə

açıb

ulduzları

görürəm!..

özü də hamıdan

hər kəsdən

yaxınımda...

***

İnsan o yerdə dəyərli,urvatlı olur ki, onu arzulayırlar, gözləyirlər, onun gəlişinə, onun varlığınasevinirlər. Yəni olduğun yer səni sıxmır. Əhatəsində olduqların səndən usanmır,səndən bezmir. Hətta olduğun yerdə hansısa bahalı bir əşyanı salıb sındırsanda...bir dəyərli nəsnənisə görməyib keçsən də... o yerin ən böyük adamına salamverməyi unutsan da...

Bax, belə məqamda,belə yerdə sən rahatlığın, anlayışın, ən vacibi isə insanlığın nə demək olduğunuyaddaşına köçürürsən, ondan ayrılmaq istəmirsən. Amma neyləmək olar ki, həmişəbelə olmur. Görünür, elə ona görə də deyiblər ki, "çağırıldığın yerə ar eləmə,çağırılmadığın yeri dar eləmə!". Bəli, bu bir gerçəkdi. Mən şəxsənzaman-zaman çağırılmadığım yerlərin nə qədər cansıxıcı olduğunu, nə qədər adamıyüklədiyini yaşamışam, görmüşəm. Hətta ordakı baxışların iynəsi, sancağı mənimbütün dünyamı alt-üst edibdi. Ancaq çağırıldığım yerdə gördüyüm diqqət,qarşılanmadan tutmuş məclisin sonuna qədər göstərilən qayğı, ümumiyyətlə ordakıaura məni təklənməkdən, sıxılmaqdan, təlaşlanmaqdan xilas edib, qoruyub. Həttaməclisin müəyyən vaxtında özümü bir yerdə arzulanan, aranıb-axtaran birisi kimigörmüşəm. Doğrudu, burda da təbii ki, müəyyən çalarlar olub. Amma ona bəzən məhəlqoymadan, fikir vermədən keçmək faciə yaratmır.

Təəssüf ki, mən həyatım boyu kimi daha çox istəmişəm, kimədaha çox könül açmışam, kimin yanında olmağa çalışmışam həmişə ondan "tərsşillə" payımı almışam, onların tərəfindən incidilmişəm, onların gözündəgünahkar olmuşam. Bəzən deyirlər ki,olanlar, baş verənlər mütləq nəyəsə söykənir, nədənsə qaynaqlanır. Mənbunu normal fikir kimi qarşılasam da, amma bu günümüzün bir gerçəyini də deməyə,yazmaya bilmirəm. O da bundan ibarətdir ki, yükləndiyimiz qayğılar, içərisindəolduğumuz stresslər özü də həmin o əvvəldəsöylədiyim nüanslara bir növü yaşıl işıq yandırır. Tək-tək, xüsusilə ağıllıadamlar belə məqamda, belə yerdə hərəktələri ilə, söz-söhbətləri ilə haqlıçıxırlar. Deməli, yenə bütün məsələnin mahiyyəti insanın özündə ifadəsinitapır. Yəni, arzulanan insan olmaq və həmin o daxili arzu fonunda təkcə görünməkyox, həm də yaşamaq müəyyən mənada əsəblərəsu səpir, yola yaşıl işıq yandırır...

Bəli, bir ifadəvar. Daha çox diplomatik anlamda özünü büruzə verir, istifadə olunur. Yəqin sizdə bunu bilirsiniz. O ifadə belədir:

- Persona nongrata!

Yəni arzuolunmazşəxs. Bax, həyatın mənim düşüncəmdə ən böyük sualı və ən böyük problemi, faciəsidə arzuolunmaz olmaqdı. Yəni çağırılmadığın məclisə getmək, dəvət olunmadığınyerdə tək səbir kimi özünü göstərmək və sair. Mən bunlardan qoruna-qoruna bugünə gəlib çıxdım. Amma tam səmimiyyətimlə etiraf edim ki, bu yol uzunu çox"mənlərdən", çox şərhimümkünsüz olan durumlardan keçdim. Təbii ki, bu da stresə, sağlamlığa yönələn zərbələroldu. Neyləmək olar? Görünür, biz təkcə bəzi canlılar kimi özümüzü qorumaq yox,həm də ətrafımızı qorumaq missiyasına imza atmışıq. Yəni, boynumuzda belə biryük var. Təəssüf ki, bunu çox vaxt hamımız görmürük və yaxud gördüklərimizinhamısını anlayıb qiymətləndirə bilmirik. Nəticədə də stresimiz də artır, içindəolduğumuz məqamın xaosu da. Elə bu yerdəcə söylədiklərimin iynə ucu boyda işıqsaldığı bir durum yadıma düşür. Mən o durumu misralara çevirmişəm.

Açılmayacaq,gülüm,

bir də dünənki səhər...

dan söküləcək,

düzdü -

günəş yenədoğacaq!..

amma

dünənki sevinc

dönüb,

yəni çevrilib.

olubsa bu gün qəhər

məni

gizli bir əl tək-

öz içimdəboğacaq!..

buna görə

üzülmə...

Bütün yazı boyumüxtəlif yanaşmalara söykənib ifadə etməyə çalışdığım fikrin əsas qayəsiinsanın arzu olunan və yaxud olunmayan durumudu. Bu da səbəbsiz deyil. Təbiiki, mən bütün səbəbləri öncə hər kəsin özündə, öz əxlaqında, davranışında, həyattərzində, dünyaya baxışında, xüsusilə adamlara münasibətində görüb, anlayıb, dəyərləndirməyəçalışmışam. Mən istəmişəm ki, özüm özümü olduğum kimi təqdim etməklə qarşı tərəfinmünasibətini qazana bilim, nəyə layiqəmsə onu alım. Çox təəssüf ki, mənim busadə, amma ədalətli istəyim həmişə ya sətir təpkilərlə qarşılanıb, ya da elə-beləloyal bir münasibətin səpdiyi su ilə yola verilir. Təbii ki, bu da əksərhallarda dilə gətirməsəm də, içimdə çox telləri kəsib doğrayır...

Hə, biz bax odoğranan, kəsilən tellərin ağrısını, sızıltısını yaşayıb başa çıxmamış bir növüdüşdüyümüz soyuq sudan çıxıb əynimizin islanmış geyimini dəyişməmiş başımızahardansa yenə su ələnir, yenə daş tökülür. Çox qəribədir ki, bu proses daha çoxduyğusal adamların yaşantısına çevrilir. Elə bil ki, duyğusu, anlayışı olaninsan məhz bu cür münasibət üçün yaradılıb və bu münasibət məhz onlarıqurbanlığa çevirir. Ona görə də təsir əks təsirə bərabərdir hikməti adamı cəzbetmədairəsindən vurub uzağa atır. Maqnit sahəsi bir növü yada, yabançıya çevrilir.Özün bilə-bilə uzaqlaşırsan. Hətta ürəyinin istədiyi, könlünün arzuladığı yerədə, həyatının mənasını gördüyün ünvana da üz tutmağa tərəddüd edirsən.

Bütün bunlar dayenə dediyim kimi həmin o "olunub olunmamaqdan" qaynaqlanır. Mən dəson zamanlar yaşadığım, qarşılaşdığım və daha çılpaq şəkildə gördüyüm münasibətlərin,yanaşmaların fonunda özümə də, çevrəmə də diqqət yetirməyə çalışdım. İstədimki, həmin "olunub olunmamaq dilemmasından özümü xilas edim. Onda köməyiməqələmlə kağız çatdı. Və yazdım:

mən çıxıb gedəcəm-

bu gün,

ya sabah...

düşünüb sən bunu

qəmə çevirmə...

boş ver - getməyimi

unut,

danış,

gül

heç nəyi

kirpikdə

nəmə çevirmə...

mən çıxıb gedəcəm-

üzümdə ismət

kimsənin yerini

dar etməyəcəm.

bir də ki

yaşayıb

bu dərdlərimlə

mən sənə

özümü

yar etməyəcəm.

mən çıxıb gedəcəm-

səssiz-səmirsiz

bir sən biləcəksən,

bir də ki,Allah...

sən yanı boşalan-

qalacaq mənsiz -

ruhumu özünə

qatacaq Allah...

Hə, deyəsənkiminsə yerində otururam... Deyəsən kiminsə yerini dar edirəm... Deyəsən kiməsə yükə çevrilirəm...Amma bütün bu "deyəsən"lərin nədənini hələki bütün çılpaqlığı iləanlaya bilmirəm. Ola bilsin ki,elə anlaya bilmədiyim üçün arzuolunmaza çevrilirəm. Bax, məni qorxudan da buçevrilmədi...


TƏQVİM / ARXİV