adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

VƏTƏNDƏN VƏTƏNƏ BOYLANAN SƏTiRLƏR...

VAQİF YUSİFLİ
49100 | 2012-06-02 08:15

   
   Ağdamın Mərzili kəndini görməmişəm. Amma bilirəm ki, Qarabağın bütün səfalı kəndləri kimi o da gözəldir. Və o kəndin adı çəkiləndə ilk növbədə dünya şöhrətli alim Xudu Məmmədovu xatırlayıram. Deyirlər Ağdamın ən böyük kəndidir Mərzili. O kənddə doğulan bir şair bajımız da var - Rəna Mərzili. Onun təzə şeir kitabında belə bir şeirlə qarşılaşdım: "Kəndimizlə aram bir addımlıqdı".
   
   
   
   Xan çinarın qəddi vaxtsız bükülmüş,
   
   Göz yaşlarım yollar boyu səpilmiş.
   
   Yuxular gözümdən ərşə çəkilmiş,
   
   Kəndimizlə aram bir addımlıqdı.
   
   
   
   Yollar yad əldədir, jığırım göynər,
   
   Qürbətdə igidim, fəqirim göynər.
   
   Alışar ürəyim, of, bağrım göynər!
   
   Kəndimizlə aram bir addımlıqdı.
   
   
   
    Rəna Mərzilinin şeirlərində bu həsrətin, ürəkdə qırov bağlamış bu qübarın ifadəsi olan şeirlər çoxdur. İnsan üçün yurd itkisi bütün itkilərin ən ağırıdır.Təsəvvür edirsinizmi, öz doğma ocağına həsrət bir insan Ağdamın işğal olunmamış bir kəndindən düşmən əlində olan kəndinə sarı boylanır. Vətəndən Vətənə. Dünyada bundan böyük dərd olarmı? Bəli, Vətənin ibtidası dünyaya göz açdığın o məkandan başlanırmış.
   
   
   
   Bir quşu salsan qəfəsə
   
   O da deyər birnəfəsə.
   
   Hamı dönər qərib səsə,
   
   Vətən, Vətən, yenə Vətən!
   
   
   
   Qanad çalıb, bir yol alar,
   
   Öz koluna dörd dolanar,
   
   Düşündükcə qəlbim yanar,
   
   Vətən, Vətən, yenə Vətən!
   
   
   
   Rəna Mərzilinin bu həsrətin ifadəsi olan bir şeiri də var: "Kəndimin havası". Bu gün doğma kəndindən, yurd-yuvasından ayrı düşən soydaşlarımızın bəzən ümumi, mücərrəd Vətən həsrəti bir şablona çevrilməkdədir. Təbii ki, bu tipli şeirlərdə də qəm var, həsrət var, amma o qəmin, o həsrətin konkret bir ünvanı, işarəsi daha təbiidir.
   
   Gözümün yaşıdır yanağımdakı,
   
   Kəndimin havası burnuma gəlir.
   
   Zaman zənciridir ayağımdakı,
   
   Kəndimin havası burnuma gəlir.
   
   
   
   Qadın yazarlarımızın əksəriyyəti üçün müəyyən mövzu məhdudluğu ilə qarşılaşmışıq. Onların çoxu sevgidən, ana məhəbbətindən, təbiətin gözəlliklərindən, ailə-məişət qayğılarından söz açırlar. Təbii ki, Vətəndən də yazırlar, ölkədə baş verən ijtimai-siyasi hadisələrdən də söz açırlar. Amma daha çox öncə qeyd etdiyim mövzular onlara doğmadır. Rəna Mərzilinin şeirlərində isə bu məhdudluğu görmədik. Əslində, bu ənənəvi mövzuların özünün də onlarla çalarları var.
   
    Bəli, o, həsrətində olduğu kəndindən, o kəndin burnuna gələn havasından. Ana məhəbbətindən, sevgidən, təbiətdən... yazır, yəni qadın yazarların hamısında olduğu kimi dediyimiz mövzulara müraciət edir. Amma təkcə bunlarla məhdudlaşmır. Belə bir həqiqəti sübut edir ki, şair, içindən nə keçirsə, hissi, duyğusu onu hara səsləyirsə, yazmaq olar. Bir -iki misal göstərək.
   
   Rəna xanım öz körpələrini uşaq evinə aparan, onları ana səadətindən məhrum edən analara üzünü tutub deyir:
   
   
   
   Öz balanı özgələrə pay verib,
   
   Gecə yuxusunu necə yatırsan?
   
   Balanın səsinə dağlar hay verir,
   
   Sən özgələr harayına çatırsan.
   
   Gün düşər, isinən çiçəklər oynar,
   
   Çiçək balan ağlar, aha batırsan.
   
   
   
   Tərbiyəvi şeirdir. Hərçənd ki, bu şeirdə daha böyük mətləblər qaldırmaq olardı.
   
   Rəna Mərzilinin bir silsilə DAĞLAR şeiri var. Bu silsilə Azərbaycan poeziyasındakı DAĞLARın poetik ərazisinə nəsə əlavə edirmi? Fikrimizcə, o silsilədə "Dağ parçalanıb" onun ən uğurlu şeiridir.
   
   İnsan dərdini dağlara deyir, dağlar əzəldən insanın həmdəmi olub. Vüqarda, dəyanətdə insanı dağa bənzədiblər. Amma insanın dərdi o qədər böyükdür ki, dağ da buna dözmür, parçalanır.
   
   Yığılsa göz yaşım, göl yalan olar,
   
   Saralıb-solaram, gül yalan olar.
   
   Keçib getməz günüm, il yalan olar,
   
   Arxam, güvəndiyim dağ parçalanıb.
   
   
   
   Sinəmin bu dağı gedəsi deyil,
   
   Ağarıb, daşların vədəsi deyil,
   
   Dağlarda qartalın sədası deyil...
   
   Arxam, güvəndiyim dağ parçalanıb.
   
   
   
   Yaxşı şeirdir, amma bir şey çatmır, gərək dərdin səbəbi də açıqlanaydı.
   
   Rəna xanım bütün şeirlərini hecada yazıb, əksəriyyətini də qoşmada, gəraylıda. Bunu ona irad tutmaq olmaz. Əsas odur ki, şeirdə fikirlə hiss bir-birini tamamlasın, fikrin ifadəsi poetik olsun. Dünya haqqında:
   
   
   
   Sən ey xəyallı dünya,
   
   Yaşıllı, allı dünya!
   
   Həsrəti zəhər olan,
   
   Vüsallı, ballı dünya!
   
   
   
    Allaha müraciətlə deyilən bir şeir:
   
   
   
   Yarını incidənlərin,
   
   Ürəyini Allah kəssin!
   
   Qeyrəti olmayanların
   
   Çörəyini Allah kəssin!
   
   
   
   Güjsüzləri döyənlərin,
   
   Öz-özünü öyənlərin,
   
   Şər yazıb, şər deyənlərin
   
   Biləyini Allah kəssin!
   
   Bu xainlərin, ay ellər,
   
   Kələyini Allah kəssin!
   
   İndi isə Rəna Mərzilinin sevgi şeirləri haqqında. Bu şeirlərin bir çoxu yaşanılan, duyulan hisslərdən yoğrulub. Sevgi şeiri elədir ki, orada yalan tez üzə çıxır. Rəna Mərzilinin sevgi şeirlərində ənənədən gələn motivlər az deyil, amma o çalışır ki, bir ürəyin sevgi həyəcanlarını şeir dilində ifadə etsin. Sevgi şeiri şairin təkcə öz həmdəminə şəxsi, subyektiv münasibəti deyil, həm də dünyaya, onun gözəlliklərinə, bütün sevənlərə, sevilənlərə müraciətidir.
   
   
   
   Eşq əmanətdir, dedilər,
   
   Can da bizə əmanətdir.
   
   Eşqsiz janın nə qiyməti?
   
   Sevmək özü jəsarətdir!
   
   
   
   Rənanın sevgi şeirlərində lirik qəhrəmanın "Sevmək özü jəsarətdir!" ifadəsi şüar kimi səslənmir. Bu jəsarət hər cür əzaba dözməyin sınaqlarından keçir: "Alışıb eşqin odunda, Yağında qovrulan könlüm!". "Sevgi elə bir bəladır, Qanunu yox, qaydası yox". "Tapılmayan dərman kimi Sən də məndən üz döndərdin". "Başımız qəmə qarışıb, Dilimizi "kaş" yandırır". Bu da bir sevgi təjnisi:
   
   
   
   Xəbər çatıbdı yara, dan
   
   Yarın sızlayır yaradan.
   
   Ümid sənədir, Yaradan!
   
   Yarı yarsız etmə, yarı.
   
   
   
   Ya yar vəfasız, ya da mən,
   
   İnanmadım bir yada mən.
   
   Neynim, düşmədim yada mən,
   
   Yarı yarsız etmə,yarı.
   
   
   
   Yazdım dərdimin yarısın,
   
   Yağı mənimtək yarısın.
   
   Qəlb sınanda sən yarı sın,
   
   Yarı yarsız etmə, yarı.
   
   
   
   Bu qeydlərimi Rəna Mərzilinin "Ağarmağa vaxt qalmadı" adlı sonuncu (dördüncü) şeirlər kitabını oxuyandan sonra apardım və öncə qeyd etdiyim kimi, məni çəkən müəllifin yurd həsrətiylə bağlı kövrək, həzin misraları oldu. Ümumiyyətlə, Rəna Mərzili təbii və səmimi şairədir.Bu təbiiliyin və səmimiyyətin poetik ifadəsini də bəzi misallarla açıqladıq. Amma həmin təbiiliyə və səmimiyyətə xarij səslənən hallarla da üzləşdik. Bəzi şeirləri heç gərək bu kitaba salınmayaydı. Elə şeirlər də var ki, içində lüzumsuz misralar diqqəti jəlb edir. Ona görə də gələcək kitablarında müəllif poetik səliqə-səhmana, dilin gözəlliyinə diqqət yetirməlidir. Sonda yurd həsrətlisi Rəna xanıma "arzuların çin olsun" deyirəm.

TƏQVİM / ARXİV