adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

VƏTƏNDAŞ SÖZÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
63964 | 2015-06-30 15:00

Bu, həm də ürəyiminsözüdü

İndi hər kəsbir rahatlıqla nəfəs alır. Elə bil insanların çiynlərindənindən ağır bir yük götürülüb. Özü də mənbunu tam səmimiyyətimlə deyirəm. Çünkü yük təkcə ölkə rəhbərliyinin, yarışları təşkil eləyənlərin, oyun iştirakçılarının çiynində deyildi.Bu yük, bütün Azərbaycan xalqının, uşaqdan böyüyə hər kəsin çiynində idi! Ona görəki…

Hər kəs yaxşıxatırlayır. Çünki deyilənlərin, yazılanların hələ mürəkkəbi qurumayıb… Hələ üstündənsaat keçməyib və bir də elə bu gün də deyirlər, yazırlar… Ona görə də biz hamımızbu deyilənlərin, yazılanların içərisində o yükün ağırlığını bir az da çox hiss edirdik.Düşünürdük ki, hər dəqiqə, hər an nə iləsə qarşılaşa bilərik… Nəyəsə, hansısa birqığılcıma alışa bilərik… Amma…

Bəli, gəlin hamımızbirlikdə etiraf edək. Çünki həm etiraf böyüklükdü, həm də bu etiraf bizim öz içimizidə, kimliyimizi də həm özümüzə, həm də dünyaya göstərəcək. Hər kəs biləcək ki, bizkim idik, biz kimik və kim olaraq da qalırıq?!

Bax, əslindəbu məntiq, bu yanaşma özü-özlüyündə hər şeyi deyir və tam çılpaqlığı ilə göstərirki, biz kiçik bir dövlətin vətəndaşları olsaq da, özümüzdən on, hətta yüz dəfə böyükdövlətlərinin vətəndaşlarındandözümlü, dəyanətli, həmrəy, mərd, qeyrətli və yurdsevənik. Vətən anlamı bizim üçünana qədər əzizdir, doğmadır. Məhz ona görə də vətən bizə anadır! Biz də anamızıövlad qədər, övlad kimi, övlad sevgisiylə sevirik! Bunu yazmağım, təkrarlamağımbəlkə də artıq kimi görünə bilər. Ancaq yenə ürəyiminsəsinə qulaq asıb deyirəm ki, biz bir xalq olaraq, bir məmləkət olaraq hamıdan böyüyük.Özü də bunu zaman-zaman, elə bu oyunlar dövründə də hər kəsə sübut edə bildik!

Bu yazını yazmaqqərarına gələndə başlıca məqsədim hamının avtobusda, çayxanada, yolda-rizdə etdiyisöhbəti mətbuata çıxarmaq idi. Elə həmin istəyə də söykənib yazıram ki, həqiqətən Azərbaycanda çox möhtəşəm bir yarışkeçirildi. Böyük çoşqulu bir yarış! Ancaq o qədər rahat, sakit, təmkinli keçirildiki, necə deyərlər, heç kimin ruhu da incimədi.Hətta nələrəsə ümid edənlər, nələr üçünsə dəridən-qabıqdan çıxanlar, ara qatanlar,para xərcləyənlər, şaiə yayanlar, bir sözlə viruslar elə qınındaca boğuldular. Cınqırlarını daçıxara bilmədilər. Bütün bunlar isə həm ölkə rəhbərliyinin, həm də bu rəhbərliyinən layiqli kadrlarından biri olan daxili işlər naziri, general-polkovnik Ramil Usubovunvə onun rəhbərlik etdiyi qurumun xidməti idi.

İnanın ki, sadə,bu milləti çox adi bir sıra nəfəri kimi içimdən gələn sevgi ilə bunu dilə gətirirəm.Demək istəyirəm ki, yarışların keçirildiyi müddətdə Azərbaycan polisi necə deyərlər,saat kimi işlədi. Özü də obrazlı desəm, Kreml saatı kim!

Heç kim tıxacdaqalmadı… Heç kim metroda təntimədi… Heç kim ictimai asayişin pozulmasının şahidiolmadı… Heç kim heç kimin xətrinə dəymədi… İstər zabitheyəti, istər sıravi polislər insanlarla o qədər mehriban, səmimi, qanunauyğun şəkildərəftar etdilər ki, and olsun Allaha, bütün bunlar mənə bir kino lentinin görüntüləri, bir öncədənssenariləşdirilmiş səhnə təsiri bağışlayırdı… Demək, bu xalq, onun istənilən qurumuhər şeyə qadirdi! Demək, bu məmləkətdə hər şeyə nail olmaq mümkündür! Demək, buməmləkəti dünyanın göz bəbəyinə çevirmək qüdrəti var bizdə!

Bəli, indi oyunlardövrünün narahatlığı, o ağır yükü arxada qalıb. Biz necə deyərlər, dərindən nəfəsalıb mənzilbaşına çatmış müsafir kimi əyləşib ətrafa baxır, düşünür, götür-qoy edirik.Şahidi olduqlarımızı, iştirakçısına çevrildiklərimizi yenidən xatırlayırıq. Baxıbgörürük ki, Azərbaycanda terror təhlükəsindən dəm vuranlar, Azərbaycanı «qara siyahı»ya salanlar, Azərbaycanda qarşıdurmayaratmaq istəyənlər, Azərbaycanda kimlərinsə haqqının pozulduğunu bayraq etməyəçalışanlar necə buz kimi soyuq suya düşüblər. Nə onlar, nə də onların havadarlarıqazdıqları quyudan çıxa bilmirlər. Çünki yaşatmaq istədikləri şoka özləri düşüblər!

Çox hörmətli Ramil müəllim!

Cənab general-polkovnik!

Mən bir vətəndaş olaraq yarışlar dövründə Azərbaycan polisinin göstərdiyinümunəvi xidmətə görə, şəxsən Sizə və DİN-nin bütün şəxsi heyətinə təşəkkür edirəm.Bilirəm, mənim belə bir fikrə düşməyim bir az yaxşı səslənməyəcək. Ancaq əlimi ürəyiminüstünə qoyub bir Allah bəndəsi kimi Sizi əmin edirəm ki, bu, mənim içimdən gələnbir təşəkkürdü. Ona görə də bir daha təkrar edirəm:

- Çox sağ olun, cənab nazir! Azərbaycandakı ictimai-siyasi sabitliyə görə,DİN-dəki peşəkarlığa görə, Azərbaycan xalqına xidmətə görə, xüsusiləPrezidentimizin yanında olduğunuza görə!!!

Son olaraq, qarşıdan polislərin peşə bayramı günü gəlir. 2 iyul tarixi münasibətiilə yarışların hər birimizin ürəyincə keçməsinə şərait yaratdığınıza görə, Sizitəbrik edir, Azərbaycanımız naminə daha böyükuğurlar, daha böyük sevinclər arzu edirəm!


TƏQVİM / ARXİV