adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DOST GEDİB…

ƏBÜLFƏT MƏDƏTOĞLU
59191 | 2015-06-18 16:35

Bu yazını yazmaqölüb dirilməkdən betərdi, bəlkə də dirilməməkdi

Heç inana bilmirəm.Mənə elə gəlir ki, Mirzə mənimlə zarafat edir. Çünki onun kimi insan, onun kimi kişi, ən əsası isəonun kimi dost bu addımı ata bilməz… bizi tək qoyub gedə bilməz… bizdən ayırla bilməzvə nəhayət telefonunu söndürə bilməzdi. Mən inanmıram. Bilirəm ki, onu tanıyanlar,onunla dost olanlar, onunla çörək kəsənlər, ona güvənənlər də inanmır. Çünki, o,mənim gözümdə, mənim ürəybmdə hamıdan, hər kəsdən,hətta ölümdən də güclü idi. Çünki Allah ona boy-buxun da vermişdi... Boy-buxununagörə ürək də vermişdi… Ürəyinə görə ruzi-bərəkət də, çörək də vermişdi… Və ən vacibiAllah Rafiqə böyük hərflərlə yazılan, hardan baxsan görünən İNSANlıq və KİŞİlikdə vermişdi!..

Mən onu belə tanımışdım.Tanışlığımızın yaşı özümüzdən çox-çox böyükdü. İndi etiraf edirəm, indi yazıram.Çünki dəfələrlə haqqında nə isə yazmaq istəmişəm, imkan verməyib. Hər dəfə deyibki, qağa, darıxma, qoy təqaüdə çıxaq, ondan sonra yazarsan. Mən də namərdcəsinəona qulaq asmışam, onu dinləmişəm, yazmamışam. Amma indi yazıram. Çünki indi yazmayabilmərəm. Yazmasam, onda ikiqat namərd olaram. Heç olmasa indi yazım ki, hələ soyumayan bədəni, hələ torpaqla dil tapmayan cismiduysun bunu, eşitsin nə yazdıqlarımı, ruhu çatdırsın xəbəri ona. Bilsin ki, Dilavərinoğlunun toyunda çəkdirdiyimiz şəklimiz də var bu yazının içərisində.

Onunla ancaq məclislərdə,özü də hərdənbir şəkil çəkdirərdik. Heç xoşlamazdışəkil çəkdirməyi. Düzünə qalsa, mənim də şəkil çəkdirməkdən xoşum gəlmir. RəhmətlikVahid Əlifoğlu da şəkil çəkdirməzdi heç vaxt. Günlərin birində Vahid Əlifoğlu mənimRafiqlə dost olduğumu bilib gülə-gülə dedi ki, qağa, deyəsən sən adam sərrafısan…

Sonralarbu sözü Rafiq də dedi. Özü də Vahidlə necə qardaş olduğumu biləndən sonra. O dadedi ki, Vahid kişi adamdı, əsl dostdu. Sevindim dostluğumuza…

Bəli,qəribəliyi görürsünüz?! İndi o dostların hər ikisi bir yerdədi… Hər ikisi Füzulitorpağında, üstündə yeridikləri, havasını, suyunu canlarına hopdurduqları torpaqda.Mən isə Bakıda. Onları düşünə-düşünə bu sətirləri yazıram və ətrafıma baxıram. Yamanvər düşüb ətrafıma. Seyrəlir dostlar, təklənirəm, yaman təklənirəm. Amma onlar ordadəstəni böyüdürlər, sıranı artırırlar. Ruhları şad olsun! Onsuz da mən hər gün onlarınyanındayam. Elə onlar da mənimyanımdadı. Axı, dünyasını dəyişən insan heç vaxt bu dünyaya bir yolluq əlvida demir.Doğmalarının, sevdiklərinin, sevənlərinin ürəyinə köçür, yaddaşlarında yaşayır.Deməli, o ürəklər nə qədər döyünürsə, o da həmin insanlarla birlikdə olur. Yənidünyasını dəyişən dostlarım kimi…

İndi Füzuliyə gedirəm,daha doğrusu, Mollaməhərrəmli kəndinə. Adətimdi, həmişə şəhərdən çıxanda Beyləqandakı,Xocavənddəki, Füzulidəki dostlarıma zəng vururam. Gəldiyimi xəbər verirəm, yoldaolduğumu deyirəm. Onlar da yol boyu tez-tez mənimlə əlaqə saxlayırlar. Hansı məsafədə,hansı kəndin yanında, hansı rayonda olduğumu öyrənirlər. Ta onlara gedib çatanakimi telefon susmur. Rafiq də onlar kimi. Nömrəsini yığıram. Həmişə günündən, saatından,ovqatından asılı olmayaraq, eyni səs tonuyla, eyni səmimiyyətlə, eyni təmkinlə cavabverir:

- Hə, qağa, eşidirəm.

Ötən əsrin 80-ciillərinin əvvəllərindən bugünə qədər mən Rafiqlə bir səmimiyyətdə danışmışam, birsəmimiyyətdə hal-xoş etmişəm. Amma onu ikimizin də dostu olan Dilavər, Xaləddindaha da şirinləşdirmişdi. Adəti idi, telefonla danışanda və yaxud bir yerdə olandaheç vaxt Dilavərin adını deməzdi, ona Əliyev deyə müraciət edərdi. Bir də görərdinki, günün hansısa bir çağında Rafiq mənə zəng vurur. Telefonu açıram:

- Qağa, Əliyevləparkda oturmuşuq. Dincəlirik, dostlardan, səndən danışırıq…

Bəli, son dərəcəadi insanlıq kriteriyalarından da yüksəkdə dayanırdı Rafiq. Qəribə təsadüf də varidi həyatımızda. O da Rafiqin, Vidadinin və mənim Biləcəri ərazisində məskunlaşmağımızidi. Bu səbəbdən də Dilavər bizə zarafatla «Biləcəri uşaqları» deyirdi. Həmişə biryerdə olan, həmişə bir-birini axtaran bizlər, indi seyrələn sıramıza baxıb köksötürürük. Amma şəxsən mənim və mənim ailəmin yaddaşında Rafiqin özəl yeri silinməzqaldı. Çünki o, dost kimi, qardaş kimi mənim ailəmin həm də maddi cəhətdən qəyyumçusuidi. Şəhərə yolu düşəndə və yaxud mən rayona gedəndə mütləq uşaqların payını ayrıcahazırladardı. Hər dəfə də deyərdi ki, qağa, əmi payıdı. Kənd yerində bilirsən dəqatıq, süd, şor, pendir, meyvə tapılan şeylərdi. Amma siz bunların hamısına şəhərdəpul verirsiniz. Apar, qoy uşaqlar nuş eləsin. Bir də hər dəfə mənə adını xüsusivurğuladığı oğlumu tapşırardı, onun halını soruşardı. Nədənsə ürəyinə yatmışdı oğlum…

Bəli, dünyanın faniolduğunu deyənlər kifayət qədər çoxdu. Amma mən bu dünyanın faniliyindən daha çoxonun cismani yaşam üçün dar olduğuna daha çox inanıram. Elə bil bu dünya o qədərdarısqaldı ki, adamların sıxlığı onu partlatmasın deyə Əzrayıl bir ucdan seyrəldir.Mən bu seyrəlmənin əleyhinə deyiləm, onu başa düşürəm. Amma yaxşıların sıradan tezçıxmasını qəbul edə bilmirəm. Yaramazlar, namərdlər, başqasının haqqını yeyənlər,bir sözlə, insan donlu iblislər elə rahat, elə çox yaşarlar ki… Nə bilim… Tanrıyaasi olmasam da, amma bu mənə bir az haqsızlıq kimi görünür. Doğrudur, deyirlər ki,hər şeyin yaxşısını az yemək, az görmək, daha mənalı, daha gözəldi. Lakin bütünbu deyilənlər cismin torpağa çatdığı ana qədər bəlkə də doğrudu… bəlkə də razılaşmaqolar. Amma səni tərk edib gedəni bir də görməyəcəyin, bir də əlini sıxmayacağın,bir də səsini eşitməyəcəyin barədə düşünəndə onda bu deyilənlərlə razılaşmırsan.Könlündən bir dəli hönkürtü keçir. Bağırmaq, hıçqırmaq istəyirsən:

- Dayan! Geri dön!

Yox,o dayanmır, o geri dönmür, o gedir. Əbədi ünvana, daha etibarlı dostların yanına.Və mən onun arxasınca baxa-baxa tanıdığım gündən bu günə qədər olan münasibətimizin,təmasımızın hər anını ürəyimdən, gözlərimdən keçirirəm. Ailəmlə evində kəsdiyimçörəyə qədər… Həyətinin meyvəsinin dadına baxdığım ana qədər. Bax, onda bu misraları pıçıldamaqdan özümüsaxlaya bilmirəm.

İnanmıram mən hələ

Gözüm, könlüm ağlayır…

Mən bilmirdim ki,belə-

Dərd də yeri dağlayır…

Bir ox bənddi biryaya

Həsrət qalıb günaya…

Göz yumduğun dünyaya-

Bizi ruhun bağlayır!..

Dözür insan hər dərdə

Yerin görünür vərdə…

Səni biz olan yerdə–

Xatirələr saxlayır!...

Hə, Rafiq. İndi qoşa şəklimizə baxıram və gözlərinin nə dediyiniöncə içimdə, sonra dilimdə təkrar edirəm. Gözlərin deyir ki, yol qısalır, mənzilbaşıgörünür…

Doğurdan da indimən sənin mərasiminə tələsirəm. Özü də ən çox sevdiyim mərhum İslam Rzayevin özünəməxsusşəkildə oxuduğu o məşhur və düşündürücü nəğmənin təsiri altında:

Dost gedib özüməgələ bilmirəm…

Hə, gələcəm, dostum,yanına gələcəm. Biz yenə bir yerə yığışacağıq, yarımçıq söhbətlərimizi davam etdirməküçün.


TƏQVİM / ARXİV