adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

İT ÖMRÜ

FƏRİDƏ RƏHİMLİ
64378 | 2015-06-03 17:33

..itim, gəl dur önümdə

gəl başına dönüm də

Sən Pünhanın günündə

Pünhan da it günündə.

Həyətdən küçük hürüşünü eşidib aşağı boylanıram. Beş-altı küçük anasının yanında təşər-təşər gəzərək bir-biriyləoynayır,hərdən də kimisə qorxudacaqlarına əminliklə havaya hürürlər. Eləşən, sevimlidilərki. Həm də qayğısız. Qarşıda onları gözləyən "it günündən” xəbərsizdilər...

Bir az aralıda uzanıb onları gözündən qoymayan anaları isəçox narahat vəqayğılıdı...

Heç itlərin gözlərinə diqqət etmisinizmi, nəqədər qayğılı, yazıq, dərdli-qəmli olduğunun fərqinə varmısınızmı? Bu an "Hərdərdimiz düzəlib, qalıb bir itin dərdi,sevgisi” – deyənlər olacağını təxmin edirəm.Amma əmin olun, onlarda insanlardan daha cox sevgi hissləri var. Bildiyiməgörə, insan tərəfindən ilk əhliləşdirilən heyvanlardan biri itdir ki, ilk əhliləşdirilmə tarixi on iki min il əvvələ gedib çıxır. Həmişə sahibinəsadiq, malının, evinin, yeri gəlsə canının qoruyucusu olsa da, yeri qapı ağzı, yeməyi süfrədən qalan artıqlar olub. Ənəsası isə zəncirlənərək yaşamağı da qəbul ediblər. Onlarışampunla çimdirmək, daramaqkimi hərəkətlər isəəksəriyyətin gülüşünə, istehzasına səbəb ola biləcək hərəkətlər sayılıb. Küçədə it gəzdirənlərə "atasını gəzməyəçıxarıb” kimi tərbiyəsiz ifadələri isəçoxları dəfələrlə duymuş olar. Bəziistisnalar var əlbəttə, amma çox cüzi faiz olduğundan nəzərəçarpmır.

İtlər barədə bu düşüncələr səbəbsiz yaranmadı. Gecə atəş səsləri eşidib, əvvəl bayram münasibətilə atəşfəşanlığın gecədən başlandığını zənn etdim. Amma təkraratəş səsindən sonra itzingiltisini eşidəndə hər şeyi anladım. Küçədə gəzən itləri vuraraq"bahar təmizliyi” edirdilər.Mən heç cür anlaya bilmirəmki, bir insan necə rahatca, vicdan əzabıçəkmədən bir canlınıöldürə bilir. Axı hər bir canlını yaradan onu öldürməyi sənə həvalə etməyib.

"İt günündə yaşamaq” ifadəsibizdə tez-tez işlənən sözdür və bu ifadəçoxdan bizde pis yaşayış formasının etalonuna çevrilib. İfadədən göründüyü kimi, itlərə o günü yaşadan bizlərbu yaşayış formasını qəbuledilməzsayırıq. Belə paradoksları həyatımızda nə qədər desən tapmaqolar. İtlərin sadiqliyi barədə ekranlaşdırılmış filmləri maraqlaseyr edirik, hətta o filmin "qəhrəmanı” olan itəqarşıyanlışhərəkət edənləri qınayırıq, amma gözümüzün önündə güllələnən itlərin taleyinə laqeyd qalırıq, etirazımızı bildirmirik. Başqa ölkələrdə iti görəndə bunu sığallaya bilərəmmi? – soruşurlar və böyüklərin bu hərəkəti uşaqlarda heyvanlara sevgi yaradır. Bizdə isəən çox rsat gəldiyimizhaldırki, uşaqlarit, pişikgörəndə daşlamaq, təpikləmək həvəsinə düşürlər. Çünki böyüklərindən o təpkini görürlər.

Bir neçə il əvvəl soyuq qış günlərinin birindəbinamızın balaca uşaqları itlər donmasın deyə, onlaradaldanacaq yer tikmək üçün hardansa kubik daşlar, sement, qum tapıb gətirmişdilər. Elə həvəslə işləyirdilər ki. Başqa vaxt bir-birinin sözünü "udmayan” uşaqlar indi sakitlikləbaşçılarınınsözünü dinləyir su,sement, qum daşıyıbgətirirdilər.Evdə anasından gizli çörək, kolbasa gətirən də olmuşdu. Bunu izləmək çok gözəldi. Uşaqlardakı bu mərhəmət hissi mənisevindirirdi. Amma bu çox uzun sürmədi, anaları duyuq düşən kimi uşaqları döyə-döyə hamama saldılar və kənardan uşaqları seyr edənitlər soyuqdan büzüşərək künc-bucağa qısıldılar, ancaq o yarımçıq dama yaxınlaşmadılar...

Bakı küçələrində vəətrafrayonlarda sahibsiz heyvanlaın sayı günbəgün çoxalmaqdadavam edir. Sahibsiz itlər arasında quduzluğa tutulma təhlükəsi çox ola biləcək itlər üstünlük təşkil edir.Sahibsiz it-pişiklərlə bağlı probleminhəlli üçün müxtəlif yollarvar ki, onlardan ən əsası bu yiyəsizheyvanlar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir. Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycandaisə sahibsizheyvanlarla bağlı məsələ aktualproblemlərdən biriolaraq qalır. 2009-cuildən etibarən isəölkəmizdə "Vəfalı Dostlar”Baytar Klinikası fəaliyyət göstərir. Builin may ayından etibarən klinikadaha geniş bir əraziyə köçüb. Bu yerdə it və pişiklər üçün hər cür şərait yaradılıb. Mərkəz şəxsi təşəbbüslə yaradılıb. Azərbaycandayaşayan iş adamı Hədiyyə xanım Rovşanzamirin təşəbbüsü ilə. İdeya xanımın özü tərəfindən irəli sürülüb və maliyyə dəstəyini də o, təmin edir. İş adamı olan xanım Tehran şəhərində doğulub və iyirmi ildən artıqdır ki, Azərbaycandayaşayır.

Elə isə, nədən bu itlərio sığınacağa yerləşdirmir,amansızcasına güllələyirlər.

Kimolursan ol, it olsan belə,sahibsizlik ən böyük faciədir.


TƏQVİM / ARXİV