adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ÖZÜMÜZƏ BAXIŞIMIZ

FƏRİDƏ RƏHİMLİ
29342 | 2014-12-06 01:28
Facebook şəbəkəsində aylar əvvəl rastlaşdığım bir fikir hələ də düşündürür məni. Bir erməni mənə dostluq yollamışdı. İrəvanlı universitet məzunuydu. Erməni yalanından, yaltaqlığından bezmiş biri olduğunu düşünüb səhifəsinə baxdım. İlk rastlaşdığım statusu rus dilində yazdığı fikir oldu : "Türklər soyqırım törətməyiblər...". həvəslə ardını oxumağa başladım, erməninin ali təhsilli gənclərinin doğru düşüncə tərzinə malik olduğunu fərz edəcəkdim ki, sözünün davamını oxudum - Bu gün türklər bunu israrla söyləyirlər və mən də bu fikirdəyəm. Çünki türklər özlərinə, bu günkü vəziyyətlərinə baxıb düşünürlər ki, bizim babalarımız bunu etmək qüdrətinə malik deyillər..."
Bəli, erməni bu gün ikiyə bölünmüş vətənimizi, torpaqlarımızın talanmasını, sayı milyonu keçmiş qaçqın və məcburi köçkünümüzün olmasını dilə gətirərək bu səbir sahiblərinin babalarının kütləvi surətdə erməni qıra biləcəyini mümkünsüz sayır.
Erməni həmişə başqa millətlərə yarınmaqla, alçalmaqla yaşayan millət olub. Onlar haqqında ikrah hissiylə söylənilən fikirlərin çoxu dünyaca məşhurdur.
Başqasının torpağına, tarixinə, adətlərinə, musiqisinə, mətbəxinə və sairə həyasızlıqla yiyələnmək arzusuyla, onları oğurlamaqla qul həyatlarında malik olmadıqları, ola bilmədikləri nemətləri özününküləşdirməyə çalışmaları onların qədimdən həyat prinsipləri olub. Ortalığa çıxarılası bir müsbət məziyyətləri olmadığından gözləri daim başqalarının süfrəsində, nemətində, dəyərlərində olub. Qəhrəman deyib başa çıxardıqları isə həmişə qaniçən, terrorçu, haqsız iddialarda gah qulağını, gah başını itirən "qəhrəmanlar" olub.
Bunlar hər kəsə məlum olan erməni sifətidir. Bunu yenidən xatırlamağa səbəb bizim bir xalq olaraq özümüzə, tariximizə, dəyərlərimizə laqeydliyimiz, unutqanlılığımız, özümüzü bəyənməyib, başqasından nümunə götürmək istəyi oldu. Fikir verirsinizsə, mətbuatda, müxtəlif informasiya agentliklərində, bu gün ən geniş yayılmış müzakirə, münasibət obyekti olan facebookda bir insan haqqında yaxşı bir məlumat gedirsə, şərhlər istər-istəməz insanı qıcıqlandırır. Bu gün insanlarımızın xislətində yaxşıya yaxşı deyə bilmək ürəyiaçıqlığı, səmimi, obyektiv, doğru insani münasibət qıtlığı var. Məsələn, İbad Hüseynovun igidliyini, düşmənə qan uddurmasını, torpaqlarımızın azadlığı yolunda sağlamlığını itirməsini unudub, onun yalnız bir əməliyyatda etdiyini - "Monte Melkumyanın başı"nı müzakirəyə çıxararaq, bunu da İbadın deyil, başqasının etdiyini sübuta çalışdılar. Ramil Səfərovun bayrağımız uğrunda bütün karyerasının, gəncliyinin məhv olacağına rəğmən atdığı addımı heçə sayaraq, "erməni dığasını yatarkən öldürüb" kimi mənasız müzakirələrə başladılar. O gün Türkiyə mətbuatını, televiziyasını həqiqi mənada lərzəyə gətirən xəbərsə çoxlarına müzakirə obyekti oldu. Bütün Türkiyə qəzetləri müxtəlif başlıqlarla eyni xəbəri manşetə çıxardılar: "Elnur Hüseynov Türkiyəni lərzəyə gətirdi", "Azərbaycanlı gənci jüri ayaq üstdə alqışladı ", "O ses Türkiyədə belə bir şey olmadı" və sair kimi qardaş ölkənin qürurverici etirafıyla.
Bizdə isə sevinənlərdən çox ağız büzənlər, onun haqqında paxıllıqdanmı, həsəddənmi, gözügötürməzlikdənmi doğan fikirlər daha çox yer aldı. Gözəl səsə malik və vətənində qiymətini almamış səsə qardaş ölkənin heyranlıqla qiymət verməsi alqışa layiqdi və bu baş tutdu. Bəs bizim istədiyimiz nədir? Nədən heç vaxt heç nədən məmnun deyilik?
İstedadlı, intellektual səviyyəli, gözəl və ağlı, düşüncəsi, dərin mühakiməsi ilə hər kəsi heyran qoyan bir xanımımızın televiziya kanallarında görünməsindən qürur duymaqdansa, onun saçlarını nədən sarı rəngləməsi, ayağını ayağının üstünə aşıraraq oturması, dar şalvar geyinməsi, yaxud "gözəgirən" büjiteriyalar istifadə etməsini müzakirə edən millətim, erməni Kim Qardaşyanla pul qazanır. Biz nədən ləyaqətli insanlarımıza ləkə yaxmaq istəyirik, qiymət verə bilmirik, qiymət vermək istəmirik? Əslində bizim dünyaya çıxarılacaq layiqli elmimiz-alimimiz də, adətlərimiz də, musiqimiz də, sənətkarlığımız da, mətbəximiz də, təbiətimiz də, yeraltı-yerüstü sərvətimiz də - hər şeyimiz var, başqalarının xəyal etdiyi, həsəd apardığı, min bir hiyləylə özününküləşdirməyə çalışdığı hər şeyimiz. Bəs niyə qədrini bilmirik, laqyedlik göstəririk, olanlarımıza bəyənməzlik edirik, xarici ölkələrdə həyatın, yaşayıışın daha yaxşı olduğunu güman edib onları üstün tuturuq. Daim müdrikliyi, sirri, təbabəti, təbiəti, adətləri ilə qərbi heyran qoyan "şərqli" olmağımızla fəxr etməliykən bundan utanan, müasirliyi qərb adətlərini yamsılamaqda görənlər, hər şey öz uyğun yerində gözəl görünür. Əlimizdə olanın qədrini bilək, içimizdəki kini, paxıllığı kənara buraxıb, ürək açıqlığı ilə yaxşıya yaxşı deməyi bacaraq. Bu, elə də çətin deyil. Sadəcə, içinizi lazımsız xıltdan təmizləyin yetər...

TƏQVİM / ARXİV