adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Elegiya

İRADƏ TUNCAY
54242 | 2014-04-02 15:20

...Bəlkə qeyri- adi ,bəlkə də sıradan bir mənzərədi. İki dağın arasından kiçik bir çay axır...Göz yaşı kimi dumduru suyu var çayın ...Amma səsi gurdu ,bütün dağ çayları kimi.... Gecələr isə ancaq bu çayın şırıltısın eşidirsən. Çox vaxt yağışın səsi də qarışır çayın səsinə ....Və bu duet avqustun yandırıcı dağ günəşinə musiqi fasiləsi gətirir. Burada iqlimi idarə edən dirijorun kəskin keçidləri var ....Ritmlər qəribə və təzadlı dəyişir ....Dağın bir yamacında oturub çayla sərhədlənən o biri yamacına baxıram ....O biri tayda alaçıqlar, öz işində olan insanlar ...Xatirimdə belə qalıb. Və o yaşımın möhtəşəm simfoniyası bu gün elegiya kimi səslənir ...."Bəlkə bu yerlərə bir də gəlmədim"-- demişdi Şair ...Şeir orda gəlmişdi dilinə....
Kəlbəcər ....İstisu .....Bəlkə o yerlərə bir də gələsən?!

 
 
 

TƏQVİM / ARXİV