adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Dekabr 2021 14:26
1137
SAĞLAMLIQ
A- A+

RƏŞAD MƏCİD, NƏ ÇOXDUR YER ÜZÜNDƏ AD 

Deməli, Rəşad Məcid yazır ki, viruslara ad qoyan xüsusi qrup var, deyəsən, cazibədar adlar fikirləşirlər.

Oturub virusa dərman axtarmaqdansa ad axtarırlar. Birindən qurtarmamış, ikincisi, sonra üçüncüsü, sonra dördüncüsü…

Beləcə ömrümüz viruslara ad tapmaqla keçəcək.

Amerikada qasırğalara gözəl adlar tapıblar, özü də çoxu qadın adı.

Rəşad, yaxşı ki hələ qadın adlarına keçməyiblər.

Amma bütün adları bir tərəfə atıb virusa bircə ad qoymaq lazımdı, Ümumdünya Səhiyyə Təşkilatının özünün virusa oxşar sədrinin adını –Tedros Adanom Qebreyesus.

Bu qədər də mənasız ad olar? Adam deyənəcən yorulur.