adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Dekabr 2021 11:43
820
MƏMLƏKƏT
A- A+

Bu məhsulları alanda ƏDV qaytarılmayacaq

ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək.

Adalet.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, sadəcə neft və qaz məhsulları ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilmirdi.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.